Trampdan jurnalistlərə qarşə sərt addım: Qadağan etdi
19 Sentyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
234
28.03.2024, 16:24
Taliban hərəkatının Qətərdəki siyasi ofisinin rəhbəri Süheyl Şahin deyir ki, İslam Dövləti Əfqanıstanda terrorçuları toplamaq və öyrətmək mərkəzlərindən qurtulub.
Oxu24.com xəbər verir ki, bu barədə o, RİA Novosti-yə bildirib.
Şahin təsdiqləyib ki, İŞİD mərkəzləri əvvəllər Əfqanıstanın şimal və şərq bölgələrində olub, o zaman ölkədə hakimiyyət amerikapərəst administrasiyaya məxsus idi.
Lakin Taliban hakimiyyətə gəldikdən sonra qruplaşmaya qarşı şiddətli mübarizə aparmağa başladı.
“Müstəqillikdən sonra biz onları bu ərazilərdə məhv etmişik, onlar artıq yoxdur. Əfqanıstanda nə təlim mərkəzləri, nə işə qəbul mərkəzləri, nə də pul toplama mərkəzləri var. Onlar gizlənirlər və mərkəzlərini Əfqanıstandan kənara köçürüblər”, – Taliban nümayəndəsi bildirib.
Martın 27-də “RİA Novosti” mənbəyə istinadən xəbər verir ki, “Krokus Siti Holla” hücumu həyata keçirən terrorçular İŞİD-in Əfqanıstan qanadına məxsus “Sadoi Xuroson” (“Xorasanın səsi”) Teleqram kanalı vasitəsilə toplanıb.
2023-cü ilin oktyabrında Rusiya Federasiyası FSB-nin direktoru Aleksandr Bortnikov bildirmişdi ki, Britaniya və Amerika kəşfiyyat xidmətləri Əfqanıstanda MDB-nin cənub sərhədləri yaxınlığında “qeyri-sabitlik kəməri” yaradır. Eyni zamanda o bəyan edib ki, qadağan olunmuş Vilayət Xorasan (Krokus Siti Hollda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb – Red.) öz potensialını gücləndirir və bu, nəticədə Əfqanıstandan kənarda terror aktları həyata keçirməyə imkan verəcək. .
Bundan əvvəl “Taliban” İslam Dövlətinin Əfqanıstan qanadına qarşı mübarizəni davam etdirəcəyini vəd etmişdi.
Nigar
00:55 / 19 Sentyabr 2026
36
23:59 / 18 Sentyabr 2026
73
23:49 / 18 Sentyabr 2026
58
23:37 / 18 Sentyabr 2026
57
23:19 / 18 Sentyabr 2026
197
23:02 / 18 Sentyabr 2026
85
22:45 / 18 Sentyabr 2026
93
22:29 / 18 Sentyabr 2026
185
22:17 / 18 Sentyabr 2026
65
22:05 / 18 Sentyabr 2026
99
21:56 / 18 Sentyabr 2026
91
21:52 / 18 Sentyabr 2026
80
21:31 / 18 Sentyabr 2026
95
21:20 / 18 Sentyabr 2026
85
21:19 / 18 Sentyabr 2026
83
21:08 / 18 Sentyabr 2026
102
20:58 / 18 Sentyabr 2026
173
20:49 / 18 Sentyabr 2026
371
20:47 / 18 Sentyabr 2026
87
20:44 / 18 Sentyabr 2026
70
20:29 / 18 Sentyabr 2026
72
20:27 / 18 Sentyabr 2026
1804
20:24 / 18 Sentyabr 2026
211
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.