Qaynar xətt:

(+99450) 247 90 86

Blinken aprelin əvvəlində Avropaya səfər edəcək

Blinken aprelin əvvəlində Avropaya səfər edəcək

DÜNYA

470

27.03.2024, 21:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ dövlət katibi Antoni Blinken aprelin əvvəlində Fransa və Belçikaya səfər etmək niyyətindədir.

 

Oxu24.com   xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

 

O qeyd edib ki, Blinken Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşəcək, orada Ukrayna və Qəzza zolağı ilə bağlı vəziyyəti müzakirə edəcək.

 

Onun sözlərinə görə, adıçəkilən ölkələrə səfər aprelin 1-dən aprelin 5-dək baş tutacaq.

 

Blinken daha sonra Brüsselə gedəcək, burada NATO xarici işlər nazirlərinin iclasında iştirak edəcək, həmçinin NATO-nun baş katibi Yens Stoltenberq və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə danışıqlar aparacaq.

 

Bundan əvvəl Blinken İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərində quru əməliyyatının səhv olacağını, ABŞ-ın belə bir addımı dəstəkləyə bilməyəcəyini bildirmişdi.

 

Nigar