Qaynar xətt:

(+99450) 247 90 86

Mark Ruttenin Litvaya səfərinin mümkün məqsədi məlum olub

Mark Ruttenin Litvaya səfərinin mümkün məqsədi məlum olub

DÜNYA

334

27.03.2024, 19:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

NATO-nun baş katibi postunun favoriti olan Hollandiyanın baş naziri Mark Rutte, ekspertlərin fikrincə, namizədliyinə dəstək qazanmaq üçün Litvaya səfər etmək niyyətindədir.

 

Oxu24.com   xəbər  verir  ki, TASS bu barədə ekspertlərə və Litva prezidenti Gitanas Nausedanın mətbuat xidmətinə istinadən məlumat yayıb.

 

“Aprelin 2-də baş tutacaq görüşdə iki ölkə liderləri NATO-nun şərq cinahının gücləndirilməsi, Ukraynaya yardım və Aİ-nin gündəmindəki aktual məsələləri müzakirə edəcəklər”, - deyə mətbuat xidməti bildirib.

 

Ekspertlərin fikrincə, Ruttenin qarşıdakı səfərdə məqsədi yuxarıda qeyd olunan mövzuları müzakirə etməklə yanaşı, Bolqarıstan, Macarıstan və Türkiyənin müxalifəti səbəbindən özünü Şimali Atlantika Alyansının baş katibi postuna əsas namizəd kimi tanıtmaqdır.

 

Bundan əvvəl Rutte Çin prezidenti Si Cinpinə Rusiyanın Ukrayna münaqişəsində qələbəsinin yolverilməz olduğunu bildirib.

 

Nigar