Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ səfiri amerikalı jurnalistlərin azad edilməsini tələb edir

ABŞ səfiri amerikalı jurnalistlərin azad edilməsini tələb edir

DÜNYA

388

26.03.2024, 19:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi “Wall Street Journal” qəzetinin jurnalisti Evan Qerşkoviçin həbsini qanunsuz adlandırıb və onun dərhal azadlığa buraxılmasına çağırıb.

 

Oxu24.com  xəbər  verir  ki, “Bir ildən sonra Rusiya hökuməti hələ də ona qarşı irəli sürülən ittihamları əsaslandırmaq, Evanın həbsdə saxlanılmasına haqq qazandırmaq üçün heç bir sübut təqdim etməyib və ya Evanın jurnalist kimi öz işini görməsinin niyə cinayət olduğunu izah etməyib”, - Treysi deyib.

 

Diplomat Qerşkoviçə qarşı bütün ittihamları həqiqətə uyğun olmayan adlandırıb.

 

Səfir həmçinin Mordoviyada casusluq ittihamı ilə cəza çəkən Pol Uilanın azadlığa buraxılmasını tələb edib.

 

Nigar