Qaynar xətt:

(+99450) 247 90 86

Cəbhədə döyüşlər gedir, ölü və yaralılar var - Müharibə başlandı

2019-03/1551533428_hind-pak.jpg

DÜNYA

1487

02.03.2019, 17:30

\"\" Hindistan və Pakistan əsgərləri Kəşmir nəzarət xəttində toqquşub.
Oxu24.com xəbər verir ki, Pakistan Hindistan ordusunun Nakilay Tattapani və Jandrot bölgələrində mülki əhaliyə atəş açıb. Açıqlamada Pakistan ordusunun 2 əsgərinin və 2 mülki şəxsin öldüyü, iki nəfərin isə yaralandığı deyilir. Hindistan tərəfi isə Pakistan ordusunun açdığı atəş nəticəsində 3 mülki şəxsin həyatını itirdiyini açıqlayıb. Qeyd edək ki, hazırda iki nüvə dövləti olan Pakistan və Hindistan arasında gərginlik pik həddə çatıb. Fevralın 14-də Kəşmirin Hindistan tərəfində 44 nəfərin ölümü ilə nəticələnən terror aktı törədilib. Hindistan bu terrora görə Pakistanı ittiham edib, daha sonra gərginlik başlayıb.