Qaynar xətt:

(+99450) 247 90 86

FSB ABŞ-ın Rusiyaya xəbərdarlıq etdiyini etiraf edib

FSB ABŞ-ın Rusiyaya xəbərdarlıq etdiyini etiraf edib

DÜNYA

394

26.03.2024, 18:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-ın kəşfiyyat agentlikləri həqiqətən də Moskvanı Rusiyada terror aktı hazırlandığı barədə xəbərdar edib, lakin bu məlumat ümumi xarakter daşıyır.

 

Oxu24.com  xəbər  verir  ki, bunu  FSB direktoru Aleksandr Bortnikov bildirib.


“Bu, ümumi xarakterli məlumatdır - izdihamlı yerlərdə terror aktının hazırlanması haqqında. Biz bu məlumatı cavablandırdıq və təbii ki, bu cür təzahürlərin qarşısını almaq üçün müvafiq tədbirlər gördük”, - deyə  o, jurnalistlərə bildirib.

"Təəssüf ki, bizim konkret qruplara və konkret şəxslərə münasibətdə həyata keçirdiyimiz hərəkətlər - o vaxt bu məlumat təsdiqini tapmadı", - deyə  Bortnikov əlavə edib.

FSB rəhbərinin sözlərinə görə, terror aktının konsertdə deyil, prezident seçkiləri zamanı planlaşdırıldığı barədə məlumat var idi. "İndi baş verənlər, təəssüf ki, sonrakı hücumdur", deyə  o  bildirib.

Martın 7-də ABŞ, Kanada, Almaniya, Çexiya, İsveç, Latviya və Cənubi Koreya da daxil olmaqla bir neçə ölkənin səfirlikləri öz vətəndaşlarına yaxın iki gündə Moskvada terror aktının baş verə biləcəyi barədə xəbərdarlıq edib. Həmin gün FSB Moskvadakı sinaqoqda Əfqanıstandakı İŞİD hücrəsinin silahlıları - Vilayət Xorasan (eyni qrup Crocus City Hall-da törədilən terror aktında iştirak etmiş hesab olunur) tərəfindən hazırlanmış terror aktının qarşısının alındığını elan edib. )

Nigar