Qaynar xətt:

(+99450) 247 90 86

Fransa Ukraynanın NATO-ya üzvlüyünün mənfi nəticələri barədə xəbərdarlıq edib

Fransa Ukraynanın NATO-ya üzvlüyünün mənfi nəticələri barədə xəbərdarlıq edib

DÜNYA

454

26.03.2024, 18:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avropa ölkəsinin parlamentindəki “Əzilməmiş Fransa” fraksiyasının lideri Manuel Bompard BFM TV-nin efirində bildirib ki, Ukraynadakı münaqişə ölkə NATO-ya daxil olduqdan sonra diplomatik yolla həll edilə bilməz.

 

Oxu24.com  xəbər   verir  ki,  “Hər kəs bilir ki, əgər Ukrayna tezliklə NATO-ya daxil olarsa, o zaman Rusiya və Ukrayna arasında münaqişənin diplomatik yolla həlli imkanları aradan qalxacaq, həll olunacaq”, - o qeyd edib.

 

Onun sözlərinə görə, Kiyevin Avropa İttifaqına daxil olması Fransa sənayesi və kənd təsərrüfatı üçün də faciə ilə nəticələnəcək.

 


2023-cü il oktyabrın 28-də NATO-nun Nüvə Siyasəti Direktorluğunun rəhbəri Cessika Koks qeyd edib ki, bütün tərəfdaşlar Ukraynanın NATO-ya daxil olmasının mümkünsüzlüyünü qəbul edirlər.

 

2023-cü ilin noyabrında Ukraynanın Avropa və Avro-Atlantik inteqrasiyası üzrə baş nazirin müavini Olqa Stefanişina bəyan etdi ki, Ukraynanın Avropa İttifaqına daxil olması reallığa çevrilib, lakin onun NATO-ya daxil olması hələlik mümkün deyil.

 

Daha sonra ukraynalı deputat Aleksey Qonçarenko qeyd edib ki, Vaşinqton Avropa rəsmilərindən Ukraynanın NATO-ya daxil olması mövzusunu müzakirə etməyi dayandırmağı xahiş edib, ona görə də Kiyev üçün “NATO” olmayacaq.

 

Nigar