Qaynar xətt:

(+99450) 247 90 86

Zelenski onu vəzifədən azad etdi

Zelenski onu vəzifədən azad etdi

DÜNYA

352

26.03.2024, 18:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna prezidenti Vladimir Zelenski Aleksey Danilovu Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən azad edib və bu vəzifəyə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Aleksandr Litvinenkonu təyin edib.

 

Oxu24.com  xəbər  verir  ki, Zelenskinin saytında dərc olunan sərəncamda deyilir: “Aleksey Myaçeslavoviç Danilov Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən azad edilsin”.

 

Digər fərmanlarla Ukrayna lideri Litvinenkonu Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsindən azad edərək Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsinə təyin edib.

 

 

Bundan əvvəl Zelenski Ukrayna Silahlı Qüvvələrinin dəstək qüvvələrinin komandanı Dmitri Gereqanı vəzifəsindən azad edib və onun vəzifəsinə briqada generalı Aleksandr Yakovets təyin edib.

 

 

Nigar