Qaynar xətt:

(+99450) 247 90 86

Argentina Rusiya helikopterlərini Ukraynaya verib

DÜNYA

268

01.03.2024, 23:10

Argentina prezidenti Xavyer Miley daha əvvəl Rusiya tərəfindən bu ölkəyə təhvil verilmiş iki Mi-171E helikopterini Ukraynaya təhvil verib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Financial Times məlumat  yayıb.

 

Qəzet yazır: “Miley “azadlığı müdafiə edən ölkələr”lə, o cümlədən ABŞ, bu ayın əvvəlində səfər etdiyi İsrail və Rusiya istehsalı olan iki hərbi helikopter bağışladığı Ukrayna ilə ittifaqın tərəfdarıdır.


Argentina prezidenti qeyd edib ki, bu il Ukrayna üçün “Latın Amerikasına dəstək sammiti” keçirməyi planlaşdırır.

 

Mi-171E Sovet Mi-8-in bir çox versiyalarından biridir. 2011-ci ilin dekabrında Ulan-Ude Aviasiya Zavodunda istehsal olunan Rusiyadan gətirilən iki ədəd Mi-171E-nin Argentina Hərbi Hava Qüvvələrinə təhvil verilməsinin rəsmi mərasimi keçirilib.

 

Helikopterlər əsasən Argentinanın Antarktika stansiyalarına, eləcə də axtarış-xilasetmə əməliyyatlarına dəstək olmaq üçün nəzərdə tutulub.

 

Bundan əvvəl Ekvador helikopterlərinin Kiyevə mümkün transferi barədə məlumat verilmişdi. Lakin sonradan Ekvador Ukraynaya silah ötürməkdən imtina edib.

 

Nigar