Rusiya prezidenti Vladimir Putin dünən keçirdiyi ilin yekunladına dair canlı mətbuat konfransında "Hansı kitabı mütailə etməyi xoşlayır" sualına cavab verərkən zarafatla Rusiya Federasiyasının Cinayət Məcəlləsini yenidən oxumağa hazırlaşdığını bildirib, çünki birbaşa xətt zamanı ona iqtisadi cinayətlərə görə ədalətsiz olaraq uzunmüddətli cəzalar verildiyini göstəriblər.
OXU24.COM xəbər verir ki, bu haqda "Kommersant" nəşri məlumat yazıb.
Həmçinin oxuyun
Moderator.az xatırladır ki, bu ilin sentyabrında Finlandiya Prezidenti Sauli Niinistö "Nyu York Tayms"a açıqlamasında bildirmişdi ki, onunla görüşlərindən birində söhbət zamanı Putin diqqətli, iddialı, bilikli və rus mədəniyyətinə aludə olan bir adam təəssüratı yaradıb. Niinistö Putinin rus mədəniyyəti haqqında biliyini yoxlamaq üçün ondan Lermontovun şair Aleksandr Puşkinin vəfatına həsr etdiyi şeir barədə soruşub. Onun sözlərinə görə, Putin bu barədə 30 dəqiqədən çox danışıb.