Kənd və şəhər əhalisi üçün kommunal tariflər dəyişməlidir? – İqtisadçıdan TƏKLİF
12 Noyabr 2026, 19:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
958
02.04.2026, 10:32
Xəbər verdiyimiz kimi, dünən Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Rusiya ilə Ermənistan arasında son dövrlər artan siyasi gərginlik fonunda Moskvada baş tutan Putin–Paşinyan görüşü regionda baş verən proseslər fonunda xüsusi diqqət çəkir. Vladimir Putin və Nikol Paşinyan arasında keçirilən bu danışıqlar həm ikitərəfli münasibətlərin gələcək trayektoriyası, həm də Cənubi Qafqazda qüvvələr balansı baxımından mühüm siqnallar verir. Xüsusilə nəqliyyat-logistika layihələri və regional əməkdaşlıq perspektivləri fonunda bu görüşün nəticələri region ölkələri, o cümlədən Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır.
Görüş barədə Oxu24.com-a danşan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib ki, Paşinyanın Moskva səfəri Ermənistanın uzun illər ərzində yürüdüyü nəticəsiz siyasətin növbəti çıxış yolu axtarışıdır.
“Qərbdən imdad diləyən, digər tərəfdən Rusiyanın qəzəbindən çəkinib Moskvaya görüşə gedən Ermənistan rəhbərinin çarəsizliyinə dəlalət edir.
Nəqliyyat-logistika gündəliyində əsas diqqət Zəngəzur dəhlizinə yönəlib. Rusiya Zəngəzur dəhlizi üzərində öz nəzarətini bərpa etmək istəyir, Ermənistan isə suverenlik adı altında bundan qaçmağa çalışır. Ermənistan və Rusiyanın öz aralarında nəyi müzakirə etməsindən asılı olmayaraq, bölgənin əsas söz sahibi Azərbaycandır. Biz öz şərtlərimizi çoxdan qoymuşuq, Zəngəzur Dəhlizi açılmalıdır. Bu, bizim Naxçıvanla olan kəsilməz bağlantımızdır.
Paşinyan rəsmi Bakının şərtlərini qəbul etmək məcburiyyətindədir. Rusiya ilə Qərb arasında qalan Ermənistan rəhbərliyi anlamalıdır ki, onun xilası nə Moskvadadır, nə də Parisdə. Onun yeganə yolu Azərbaycanın ərazi bütövlüyünü həzm edib, bizim diktə etdiyimiz sülh sənədinə imza atmaqdır. Biz artıq qalib tərəfik və bu reallığı heç bir Moskva görüşü dəyişə bilməz. Cənubi Qafqazın gələcəyi Azərbaycanın iradəsi ilə müəyyən olunur”.
Mehin Mehmanqızı
19:19 / 12 Noyabr 2026
31
19:15 / 12 Noyabr 2026
29
19:09 / 12 Noyabr 2026
41
19:03 / 12 Noyabr 2026
48
18:58 / 12 Noyabr 2026
58
18:50 / 12 Noyabr 2026
61
18:42 / 12 Noyabr 2026
586
18:40 / 12 Noyabr 2026
65
18:32 / 12 Noyabr 2026
260
18:28 / 12 Noyabr 2026
68
18:26 / 12 Noyabr 2026
86
18:16 / 12 Noyabr 2026
98
18:15 / 12 Noyabr 2026
85
18:07 / 12 Noyabr 2026
93
17:53 / 12 Noyabr 2026
89
17:19 / 12 Noyabr 2026
101
16:25 / 12 Noyabr 2026
109
16:21 / 12 Noyabr 2026
123
15:55 / 12 Noyabr 2026
136
15:36 / 12 Noyabr 2026
571
15:15 / 12 Noyabr 2026
201
15:12 / 12 Noyabr 2026
121
14:15 / 12 Noyabr 2026
193
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.