27 SENTYABR – Əbədi Vüsalın ildönümüdür — ÖZƏL
27 Sentyabr 2026, 01:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
666
29.11.2023, 18:49
“AzInTelecom” “İnMerge Sammiti”ndə stendlə çıxış edəcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Bakıda keçiriləcək “İnMerge İnnovasiya Sammiti”ndə “Qızıl sponsor” qismində stendlə çıxış edəcək.
Həmçinin şirkətin təqdim etdiyi bir sıra rəqəmsal həllər qonaqlara praktiki formada nümayiş etdiriləcək.
Bununla yanaşı, stenddə maraqlı viktorinaların keçirilməsi, fərqlənən iştirakçılara hədiyyələrin təqdim edilməsi nəzərdə tutulub.
Bulud xidmətləri, biometriya texnologiyası əsasında hazırlanan SİMA Rəqəmsal Həllər Platforması, Mərkəzləşdirilmiş İnformasiya Sistemləri və İnformasiya təhlükəsizliyi xidmətləri ilə maraqlanan, həmçinin bu istiqamətdə əməkdaşlıq əlaqələri qurmaq istəyən hər kəs ətraflı məlumat üçün “AzInTelecom” MMC-nin stendini ziyarət edə bilər.
Məlumat üçün bildirək ki, “İnMerge İnnovasiya Sammiti”nin təşkilatçısı “PAŞA Holding”dir. Artıq üçüncü dəfədir ki, təşkil olunan regional tədbirin məqsədi Azərbaycan və regionun aparıcı təşkilatlarını və dövlət qurumlarını korporativ innovasiyalar ətrafında toplamaqdır.
Əsas müzakirə mövzuları elektron ticarət, maliyyə texnologiyaları və telekommunikasiya olacaq. Sammitdə panel müzakirələri və “B2B” formatlı görüşlərin keçirilməsi, eyni zamanda yerli və regiondan gələn komandaların startaplarının təqdimatı nəzərdə tutulub.
01:36 / 27 Sentyabr 2026
1
01:03 / 27 Sentyabr 2026
74
00:54 / 27 Sentyabr 2026
42
00:37 / 27 Sentyabr 2026
382
00:20 / 27 Sentyabr 2026
49
00:06 / 27 Sentyabr 2026
56
23:58 / 26 Sentyabr 2026
210
23:09 / 26 Sentyabr 2026
74
22:54 / 26 Sentyabr 2026
564
22:48 / 26 Sentyabr 2026
78
22:16 / 26 Sentyabr 2026
64
21:58 / 26 Sentyabr 2026
64
21:58 / 26 Sentyabr 2026
75
21:50 / 26 Sentyabr 2026
84
21:40 / 26 Sentyabr 2026
69
21:30 / 26 Sentyabr 2026
84
21:15 / 26 Sentyabr 2026
73
21:04 / 26 Sentyabr 2026
132
20:14 / 26 Sentyabr 2026
94
20:00 / 26 Sentyabr 2026
750
19:44 / 26 Sentyabr 2026
97
19:26 / 26 Sentyabr 2026
82
19:11 / 26 Sentyabr 2026
487
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.