Qaynar xətt:

(+99450) 247 90 86

Amaliyanın anomaliyası

Amaliyanın anomaliyası

CƏMİYYƏT

1145

21.04.2018, 10:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"  Dünəndən xalq artisti, Bakı Bələdiyyə Teatrının direktoru Amaliya Pənahovanın tədbirlərin birində çəkilmiş görüntüsü sosial medianı başına götürüb.
Uzun zamandır ki, keçirdiyi plastik əməliyyatlarla gündəmdə olan xanım sənətçi yenicə boyadığı saçları, verdiyi artıq çəkiləri, par-par parıldayan üz dərisi ilə təəssüf ki, heç kimin gözünü-könlünü oxşaya bilməyib. İki gündür işimi-gücümü atıb müxtəlif səhifələrdə xanımın məlum şəklinə gələn şərhləri oxuyuram. Bir Allah bəndəsi illərin sənətkarına bir cüt xoş söz yazmayıb, arxadaş. “Bu yaşda sənin nəyinə lazım idi, plastik əməliyyat” deyirlər xanıma. Şəkildəki görüntünü bəyndimmi, yox, bəyənmədim. Bəs Amaliya xanımı qınayırammı, yox qınamıram.
Mən Amaliya Pənahovanı ona görə qınamıram ki, 77 yaşlı qadının israrla gənc görünmək, gözəl görünmək istəməsindən xoşlanıram. Yaşımız qırxa çatmamış buraxırıq çəkimizin, dərimizin, gözəlliyimizin başını. Rəngləri belə yaş həddinə görə qruplaşdırırıq. Məsələn, qırmızı geyinən yaşlı qadın tez-tezmi çıxır rastına? Zamana meydan oxumaq varkən, çox tez təslim oluruq. Burnunuz xoşunuza gəlmirsə, qurtulun ondan, çəkinizlə barışmırsınızsa kiçildin mədənizi, dərinizi, saçınızı gözəl saxlayın ... Mən 3-4 il bundan əvvələ qədər heç bir kosmetik vasitədən istifadə etmirdim. Düşünürdüm ki, iki balaca uşaqla nəyimə lazımdır dodaq boyası çəkmək, saçlarımı düzləşdirmək? Bir gün uşaqlarla parkdan qayıdırdıq, 12-13 yaşlarında bir oğlan uşağı mənə yaxınlaşıb, “xala, damafonun açarı var, sizdə” ? -dedi. Elə bil 220 voltluq elektrikə qoşdular məni. “İstedadsız! ” -dedim uşağa. Açarı da vermədim təbii ki. O gün, bu gün, təpəmin ortasında topuzladığım, iş-güc ucbatından yalnız həftənin cüt günləri daradığım saçlarımla oynamağa başladım. Gözəl ana olmaq üçün, bəzən saatlarla güzgü qabağında dayandım. Xeyli kilo verdim. Baxdım ki, sən demə bütün bunlarla məşqul olmağa vaxtım var imiş. Və mən bunları heç kim üçün yox, məhz özüm üçün etdim. Canıma hopmuş yorğun qadına təslim olmamaq üçün, heç nəyi heç nəyə qurban verməmək üçün, içimdəki hələ də baş edə bilmədiyim nadinc uşağı öldürməmək üçün etdim... Yəni, sənin Amaliya xanımı bəyənməməyin, onu belə amansızlıqla tənqid, hətta təhqir eləməyin onun üçün heç nəyi dəyişməyəcək, inan mənə. Çünki o, qərarını verib. Çünki o, israrlıdır. Gənc qocalacaq, mümkün olduğu qədər çəkdirəcək üzünün dərisini, qurtula bildiyi qədər qurtulacaq kilolarından, rəngləyə bildiyi qədər rəngləyəcək saçlarını, nəticənin necə olmasından asılı olmayaraq, girə bildiyi bütün plastik əməliyyatlara girəcək, ala bildiyi bütün riskləri alacaq. Əsas olan sənin, mənim nə düşündüyüm deyil ki, əsas olan aynaya baxanda onun nə düşündüyüdür, əzizim. Sonuncu açıqlamasında şəklin yaxşı rakursdan çəkilmədiyini deyib böyük sənətkar. Fotonun uğursuz alındığını dönə-dönə qeyd edib. Dedim axı sizə, dostlar, dedim... Məncə də dünyanı gözəllik xilas edəcək...bir də təbəssüm. Gözəl-gözəl gülümsəyin həyata... Nərmin Dadaşova
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Qazaxıstan Respublikasının Xarici İşlər naziri arasında görüş keçirilib  

12:21 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Qazaxıstan Respublikasının Xarici İşlər naziri arasında görüş keçirilib  

51

0
Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar  

12:15 / 05 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar  

59

0
Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar 

12:04 / 05 Oktyabr 2026

DÜNYA DÜNYA

Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar 

78

0
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib 

12:03 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib 

54

0
Rusiyada yoluxucu xəstəlik yayılıb,karantin ELAN EDİLDİ

12:00 / 05 Oktyabr 2026

TİBB TİBB

Rusiyada yoluxucu xəstəlik yayılıb,karantin ELAN EDİLDİ

72

0
Nobelçi Şoloxovu müalicə edən azərbaycanlı həkim NƏLƏRİ DANIŞDI?

11:55 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nobelçi Şoloxovu müalicə edən azərbaycanlı həkim NƏLƏRİ DANIŞDI?

73

0
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib 

11:50 / 05 Oktyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib 

61

0
Xalası oğlu tərəfindən öldürülən Milanın FOTOSU

11:42 / 05 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Xalası oğlu tərəfindən öldürülən Milanın FOTOSU

83

0
Dövlət Xidmətinin 144 əməkdaşının işi prokurorluğa göndərilib 

11:39 / 05 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Dövlət Xidmətinin 144 əməkdaşının işi prokurorluğa göndərilib 

64

0
Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılır, səlahiyyətləri müəyyənləşir 

11:31 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılır, səlahiyyətləri müəyyənləşir 

58

0
Bu ölkə Rusiya sərhədinə qoşun yığdı

11:28 / 05 Oktyabr 2026

DÜNYA DÜNYA

Bu ölkə Rusiya sərhədinə qoşun yığdı

64

0
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır 

11:22 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır 

69

0