Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8658
az

Oğurlanan pulun yarısı Aylinin hesabına qaytarılacaq - Bankdan açıqlama

22:3507 Yanvar, 2019
663
CƏMİYYƏT
  • A
 Bir neçə gün əvvəl leykoz xəstəliyindən əziyyət çəkən 3 yaşlı Aylin Dadaşovanın müalicəsi üçün yığılan pullar dələduz tərəfindən oğurlanıb.

Oxu24şcom qafqazinfo-ya istinadən xəbər verir ki, şikayətdə bildirilirdi ki, Rusiyada yaşayan və özünü hacı kimi təqdim edən biri "Bank of Baku" ya məxsus kart məlumatlarını  istəyərək 50 min manat məbləğində yardım edəcəyini söyləyib.

Daha sonra kartdakı vəsait yoxlanarkən cəmi 135 manat pul qaldığı və dələduzluğa məruz qalındığı öyrənilib.

"Qafqazinfo" bu məqamda "Bank of Baku" ya müraciət edərək kartla bağlı təhlükəsizlik məsələsinin necə qorunduğu ilə bağlı maraqlanıb.

Bu arada bildirək ki, şikayətçi Rahil Cəfərov kartı "Bank of Baku"nun Ayna Sultanovada yerləşən baş ofisində açdığını deyib və o, saytımıza bildirib ki, kartı açan zaman əməkdaşlar ona təhlükəsizlik məsələsi ilə bağlı sms xidmətini aktivləşdirməklə əlaqədar məlumat verməyiblər.

Bankdan sorğumuza ilkin araşdırmanın  cavabı göndərilib. Bildirilir ki, uşağın müalicəsi üçün toplanılan vəsaitin geri qaytarılması istiqamətində bank tərəfindən ciddi addımlar atılır və görülən mühüm işlərin nəticəsində oğurlanan vəsaitin yarısı blok olunub, yəni dələduz tərəfindən istifadəsi qeyri-mümkün edilib. Blok olunmuş vəsaitin ən qısa zamanda uşağın hesabına geri qaytarılacaq. Eyni zamanda oğurlanmış vəsaitin digər hissəsinin də karta geri qaytarılması üçün də bank maksimum dərəcədə dəstək göstərəcək.

Bununla yanaşı, verilən məlumata görə kartda 3D təhlükəsizlik xidməti aktiv olsa da, əməliyyat aparılan saytlarda xidmət deaktiv edildiyindən və kartın bütün məlumatları dələduzda olduğundan onunla bağlı heç bir SMS gəlməyib. Müştəri SMS məlumatlandırma xidmətinə qoşulmaqla bağlı bankın təklifindən imtina etdiyi üçün aparılan əməliyyatlarla bağlı da SMS daxil olmayıb. Belə bir hal ilə qarşılaşmamaları üçün, bank rəsmisi bütün kart istifadəçilərindən öz təhlükəsizliklərinin qorunması məqsədilə kart məlumatlarını digər şəxslərə göndərməməyə çağırır. Həmçinin, kartda edilən bütün əməliyyatlar haqqında xəbərdar olmaları üçün SMS məlumatlandırma xidmətinə qoşulmanın faydasını bir daha xatırladır.

Bu hadisə ilə bağlı isə "Bank of Baku" tərəfindən aparılan araşdırma ciddi şəkildə davam edir, dələduzun kimliyi, vəsaitin harada və necə istifadə olunması ilə bağlı əldə olunan bütün nəticələrə dair məlumat hüquq-mühafizə orqanlarına təqdim ediləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Suriyanın yeni xarici işlər naziri o oldu
Kirəcləşmiş kranı təmizləməyin ən asan və təbii üsulları
Məşhur musiqiçidən üzücü xəbər: Həyat yoldaşı ilə eyni xəstəliyə tutuldu -FOTO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ