Qaynar xətt:

(+99450) 247 90 86

Kişini əsəbiləşdirmək istəyirsinizsə... - XANIMLARIN DİQQƏTİNƏ

2019-01/1546885325_mef.jpg

CƏMİYYƏT

1185

07.01.2019, 22:21

\"\" Sevdiyiniz sizi çox əsəbiləşdirib, ondan intiqammı almaq istəyirsiniz? Kişilər həqiqətən bu hərəkətlərə çox əsəbiləşirlər.
- Sevginizi elan edin, onu da özünüzə aşiq edin, sonda geri çəkilin. - Hökmranlığın kimin əlində olduğunu göstərmək üçün mesajlarına, \"mail\"lərinə gec cavab verin. - Sizi lazım gələrsə, 20 il belə gözləməsini istəyin. - Zəng etdiyində tez söhbətinizi yarım qoyub cavab verməyin. Bir az gözləsin. - Səhvən şəxsi qeydlərini oxuyub sonra izahat tələb edin. - Sizin yanınızda telefonuna zəng gələrsə, \" hə, bu kimdir görəsən\" deyib, ağız-burun əyin. - Görüşlərə 15 dəqiqə gec getməyi vərdiş edin. - Hətta görüşlərinə getməyin. Sözlərinizin heç birini tutmayın. - Bahalı restoranlara aparanda yemək gələn kimi aclıqdan çıxmış kimi yeyin. - Elə davranın ki, sanki heç ev işi bacarmırsınız. - Sizə hədiyyə aldığı ev əşyalarını anasına hədiyyə edin. - Ən sevdiyi dostunu tənqid edin. - Ən xoş günündə mübahisə yardın. - O, maşın sürərkən elə hey sürməyinə qarışın. - Film seyr edərkən əlini tutmayın. - Zarafatlarına gülməyin. - Keçmiş qız sevgililərini lağa qoyun. - Yatmaq istədiyində lazım olmasa belə, gecə lampasını yanılı saxlayın. - Yatarkən qol və ayaqlarınızla ona möhkəm sarılın ki, bütün bədəni keyimiş olsun. - Zəngli saat çaldığında söndürməyin - Hər gecə yatağa girmənizi gözləyərkən işinizi uzadın, sonra da yosunlu maska çəkib yatın. - Dostlarınızla telefonda saatlarla danışın. Sonra o danışmaq istədiyində yorğun olduğunuzu, ya da tv seyr etmək istədiyinizi deyin. - Televizor izləyərkən pultla kanalları tez-tez dəyişdirin. - Nə oxuduğunu görmək üçün əlindən tez kitabı alıb səhifəni itirin. - Qəzet oxumaq istəyərkən ayağınızı qucağına qoyun və ovmasını istəyin. - Futbol izləyərkən ən həyəcanlı anında kanalı dəyişdirin. - Meyvə istəyib istəmədiyini soruşun və qalxıb özünün gətirməsini gözləyin. - Bayıra yemək almağa gedəndə acmadığınızı deyin, sonra o, yeyəndə istəyin. - Elə hey sizi masaj etməsini istəyin, ancaq o istəyəndə yorğun olduğunuzu deyin. - İlk əvvəl sizə masaj edərkən siz də söz verin ki, onu masaj edəcəksiniz, sonra yuxuya gedin. - Evlilik söhbəti düşəndə rənginiz qaçsın. - Nə danışdığına fikir verməyin. - Telefonla danışarkən əsnəyin. - Gününün necə keçdiyini soruşun, sözünü kəsin və öz gününüzü anladın. - Gününün necə keçdiyini soruşun, sonra o biri otağa keçin. - Gününün necə keçdiyini soruşmayın. - Dostlarına maraqlı bir hadisəni danışarkən siz sözünü kəsib davam edin. - Sizi sevdiyinizi deyəndə boş yanaşın. - Ona ən sevdiyiniz aktyoru nümunə göstərin - Yeni saç stilinə, təraş olmasına fikir verməyin. - Yeni geyim geyinəndə yaraşıb yaraşmadığına heç baxmadan cavab verin.