Qaynar xətt:

(+99450) 247 90 86

Çayı qaynar içənlərə XƏBƏRDARLIQ

2019-01/1546870006_samovar_chayi_000111.jpg

CƏMİYYƏT

915

07.01.2019, 18:06

\"\" Qaynar çay təhlükəli xəstəliyin yaranmasına səbəb ola bilər, içki içən və siqaret çəkənlərdə bu vərdiş xüsusi təhlükəlidir.
Oxu24.com faktxeber.com-a istinadən bildirir ki, çinli alimlərin gəldiyi nəticə Annals of Internal Medicine jurnalında dərc olunub. Tibb işçiləri 9 il ərzində  30-79 yaş arası 456 min insanın  səhhətinə  və qida-qəbulu vərdişini izləyiblər. Bu müddət ərzində onlarda 1731 qida borusu xərçəngi aşkarlanıb. Alimlər müəyyən ediblər ki, belə onkologiya qaynar çaydan əlavə mütəmadi azı 15 qram içki  içənlərdə 5 dəfə, siqaret çəkənlərdə isə 2 dəfə artıq görünüb. Araşdırma müəllifləri hesab edir ki, temperaturu 65 dərəcədən yüksək olan içkilər  daxili orqanlara  termik travmalar vurur, bu da onkoloji xəstəliklər rsiqini artırır. Buna görə, onlar qaynar çay içənlərə, xüsusən də eyni anda içki və ya siqaret çəkilirsə, xəbərdarlıq ediblər. Qeyd edək ki, bundan əvvəl alkoqol istifadəsinin bağırsaq, süd vəzi, qida borusu, qırtlaq, qaraciyər, ağız boşluğu və udlaq xərçəngi risqini artırdığı barədə ÜST hesabat yaymışdı.