Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8633
az

Daha bir yüksək vəzifəli məmur vəfat etdi - Bu dəfə general

14:4007 Yanvar, 2019
861
  • A
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə generalı) Zahir Əlizadə bu gün dünyasını dəyişib.

Oxu24.com modern.az-a istinadən xəbər verir ki, mərhumun vida mərasimi bu gün saat 14:00-dan 15:00-dək Təzəpir məscidinin Vida zalında keçiriləcək. Yanvarın 9-da isə Heydər məscidində mərhumun 3 və 7 mərasimi veriləcək.

Qeyd edək ki, Zahir Məmməd oğlu Əlizadə uzun illər ədliyyə və prokurorluq orqanlarında məsul vəzifələrdə çalışıb. Mərhum 5 sentyabr 2016-cı ildə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi təyin edilmişdi. Zahir Əlizadə daha əvvəl Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Mərhum "İcra hüququ" kitabının müəllifidir.

Qeyd edək ki, dünəndən Azərbaycanda bir neçə tanınmış ictimai xadim və  yüksək vəzifəli məmur vəfat edib. Onlar "Su İstehsalçıları Birliyi"nin sədri Dövlət Məmmədov, Cəbrayıl Rayonu İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyev və Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyevdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhalinin nəzərinə - bu marşrutun hərəkət sxemi dəyişdirilir
Əhalinin nəzərinə - bu marşrutun hərəkət sxemi dəyişdirilir
“Deyirdi ki, nəvəmin ölümünü görsəm, ürəyim partlayar...”

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi