Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8614
az

Günün qoroskopu: Ailə üzvlərinə maksimum diqqət ayırın7 Yanvar 2019

00:1307 Yanvar, 2019
909
CƏMİYYƏT
  • A
Qoç - hadisələrlə gərgin gündür. Darıxmağa vaxt qalmayacaq. Ən yaxşı nəticəyə ən qısa zamanda nail olmağa çalışmaq istəyi ilə sürətli və aktiv olmağa çalışırsınız. Pis deyil, amma qərarlarınızı götür-qoy edin.
Günün ikinci yarısında effektiv ola biləcək bu taktika ikinci yarıda problemlər yarada bilər.
Nüfuzlu insanlar, qohumlar, rifahınızın müəyyən mənada asılı olduğu insanla mübahisələr istisna deyil.
Güzəştə gedin. Amma bunu normal edin ki, yaxın ətrafınızdakı insanlarda inciklik hissi yaranmasın.
Meteohəssas insansınızsa, səhhətinizdə problemlər yarana bilər.
Buğa - yeni işə başlamazdan əvvəl bir qədər başladığınız işi bitirin. Yarımçıq işlər saxlamayın. Yalnız belə halda uğurlara nail ola bilərsiniz.
Maliyyə işlərinizdə qayda yaradın, imkanlarınızı dəqiq qiymətləndirin. Xərcləri azaldın. Planlaşdırdığınız gəlirlər olmaya bilər.
Yaşlı qohumlarla münasibətləri korlamayın.
Qısqanc olmayın. Sevdiyiniz insana sizdən şübhələnməyə əsas verməyin.
Əkizlər - həddən artıq sifariş və ya tapşırıq qəbul etməyin. İfrat çalışmaq yorğunluq yarada bilər. Ən ağır işlərdən birini etibar etdiyiniz insana tapşıra bilərsiniz. Boşalan vaxt və yaranan imkanları əsas işə yönəldin.
 
Mühüm məsələləri həll etmək üçün əlverişli zaman deyil. Situasiyanı dəyərləndirərək bütün amilləri nəzərə ala bilməyəcəksiniz.
Maliyyə problemləri yaranacaq. Dostlar və qohumlar bu problemlərin həllində sizə yardım edəcəklər.
Alış-verişdə tələskənlik etməyin.
Dəvət aldığınız yerdə faydalı tanışlıq baş tutmayacaq.
Xərçəng - yeni işlərə başlaya bilərsiniz. Həmin işlər nə qədər mürəkkəb və maraqlı olarsa, öhdəsindən bir o qədər tez gələcəksiniz. Əvvəllər əldə etdiyiniz biliklər və bacarıqlar karınıza gələcək. Təcrübənizdən yararlanmağa çalışın. Uğurlarınız diqqətsiz qalmayacaq. Ünvanınıza tənqidlərlə yanaşı, təriflər də eşidəcəksiniz. Tənqid edənlərin əksəriyyəti sizə paxıllıq edən kəslərdir.
Daşınmaz əmlakla bağlı məsələlərin həlli, habelə inşaat və ya köçə başlamaq üçün yaxşı gündür.
Şəxsi münasibətlərdə təşəbbüskar olun. Bu minvalla ciddi, müsbət dəyişikliklərə nail ola bilərsiniz.
Şir - intizamlı və dəqiq olun. Heç nəyi unutmayın, diqqətdən qaçırmayın. Peşəkar fəaliyyət baxımından əlverişli zamandır. İşdə həmkarlar və rəhbərliklə münasibətlərdə mənasız konfliktiklər yaratmayın. Usandırıcı, yorucu zamandır.
Hədiyyə alınması, gəlirlərin artması istisna deyil.
Günün ikinci yarısındakı tanışlıq taleyinizdə mühüm rol oynaya bilər. Hadisələrin məcrasına müdaxilə etməyin. Olayların öz axarında cərəyan etməsinə şərait yaradın.
Qız - peşəkar fəaliyyət müstəvisində müsbət dəyişikliklər ola bilər. İndiyədək dil tapmadağınız insanlarla münasibətləri normallaşdırmağa çalışın. Mübahisədən sonra barışın, sərinləşmiş əlaqələri bərpa edin.
Müşkül məsələlərin müzakirəsi heç bir halda kəskin ixtilafa çevrilməməlidir. Ortaq məxrəcə gəlmək asan olmasa da, səbrli və soyuqqanlı davranın.
Maliyyə məsələlərində ehtiyatlı olun. Mənasız xərclər ola bilər.
Günün ikinci yarısında vurnuxma və tələskənlik olacaq.
Qərarları tələsik versəniz də, yanılmayın. Sövdələşmələr, borc pul vermək üçün əlverişli zaman deyil.
Tərəzi - yeni işlərə başlamaq olar. Bu işlər çətin də olsa, onları vaxtında başa vurmağa çalışın. Yeni işgüzar əməkdaşlığa başlamaq və ya iş yerini dəyişmək üçün əlverişli zamandır.
İdeyalar pis deyil.
Günün ikinci yarısında xoşagəlməz situasiya, yaxınlarınızla münaqişə, çalışdığınız yerdə mübahisələr ola bilər. Emosiyalarınıza hakim olun. Nə isə alınmayanda ruh düşkünlüyünə qapılmayın.
Əqrəb - danışıqlar çox vaxt alır, amma gərəkli nəticəni vermir. Arqumentləriniz nə qədər inandırıcı olsa da, yaxın ətrafınızdakı insanlar eşitdiklərinə asanlıqla inanmaq istəmirlər. Opponentlərinizi mövqelərini dəyişməyə vadar edə biləcək yeganə məqam gərəkli nəticələr verən əməllərinizdir.
Gəlir və sərfəli anlaşma istisna deyil. Yaxınlarınız üçün hədiyyələr alın. Seçimdə səhv etməyin. Hədiyyə verdiyiniz insan diqqət izharına sevinəcək. Sevdiyiniz insanla təmaslarda həssas və diqqətli olun.
Oxatan - fəaliyyətiniz ünsiyyət, müxtəlif insanlarla görüşlər tələb edirsə, məqbul gündür. Mübahisə etməkdən çəkinməyin. Haqlı olduğunuza şübhə edən insanlara başa salın ki, məntiqli davranırsınız. Uğurlarınıza paxıllıq edən şəxslər sizə zərbə vurmağa çalışırlar. Onların məkrli səylərinin qarşısını alın.
Sevdiyiniz insanla söhbət zamanı sizin ikinzi də narahat edən məsələləri müzakirə edin. Səmimi və açıq olun. Belədə qarşılıqlı anlaşmaya daha tez nail olarsınız.
Enerji potensialı səviyyəsi yüksəkdir.
Səhhətinizdə problemlər yaranmayacaq.
Oğlaq - maraqlı imkanlar yaranır. Onlardan yararlanmaq üçün ənənəvi metodlardan, vərdişlərdən əl çəkmək, yeni üsullardan istifadə etmək gərəkdir.
Hələlik buna tam hazır deyilsiniz. Sınanmış yollarla irəliləyin. Kiçik uğurlarla kifayətlənməyin, çünki rəqibin irəliləyişi sürətlidir.
Günün ikinci yarısını sakit keçirin. Yükü minimuma endirin. Bu, fiziki qüvvə ilə ruhi tarazlığın bərpası üçün gərəkdir.
Köhnə dostlardan gələn xəbərlər sizi sevindirəcək.
Dolça - peşəkar fəaliyyət baxımından neytral gündür. Başgicəlləndirici uğurlara bel bağlamayın. Ciddi problemlər də yaranmayacaq. Cari işlərin öhdəsindən tezliklə gələcəksiniz. Yeni işlərə başlamayın. Müttəfiq və yardımçı tapmaq, başlanan işi vaxtında bitirmək asan olmayacaq. Gəlirlər azdır.
Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri güclənir. Münaqişə və ixtilaflardan çəkinməmək olar.
Ailə üzvlərinə maksimum diqqət ayırın. Onların qayğıya ehtiyacı var.
Balıqlar - işgüzar səfər və ya səyahət üçün pis gün deyil. Sizi maraqlandıra biləcək iş tapın. Özünüzə qapılmayın, aktual problemlər və məsələlərin müzakirəsindən yayınmayın. Belədə mənfi təmayüllər işlə bahəm, şəxsi münasibətlərə də pis təsir edə bilər.
Enerji potensialı səviyyəsi yüksək deyil. Səhhətdə problemlər yarana bilər. Yuxusuzluq riski mövcuddur.
Tamahınıza hakim olun. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günün ULDUZ FALI -Subayları romantik görüş gözləyir
Bu bürc böyük uğur qazana biləcək - yüksək gəlir əldə edəcəklər
2024-ün ən şanslı 3 bürcü açıqlandı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ