Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8587
az

Bakıda yeni avtovağzal tikilib

19:2005 Yanvar, 2019
1169
CƏMİYYƏT
  • A
Paytaxt ərazisində yeni avtovağzal inşa edilib.
Oxu24.com xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova azvision.az -a bildirib ki, yeni avtovağzal Cənub, Cənub-Şərq istiqamətində daşımaları həyata keçirəcək.

"Bakı Beynəlxalq Avtovağzalında ölkənin bütün istiqamətlərinə, həmçinin beynəlxalq istiqamətlər üzrə reyslər var. Cənub və Cənub-Şərq istiqamətində isə sərnişin daşımaları Lökbatan dairəsindən həyata keçirilirdi. Həmçinin orada olan ticarət mərkəzlərinə gələn və qayıdan insan axını çox olduğu üçün dairədə avtomobil sıxlığı müşahidə edilirdi. Nəticədə avtonəqliyyat vasitələrinin gediş-gəlişinə maneçilik törədilirdi. Dövlət Yol Polisi ilə birlikdə həmin dairədə avtonəqliyyat vasitələrinin dayanması yığışdırılıb".

N.Allahyarova qeyd edib ki, artıq ərazidə Bakı-Cənub Avtovağzalı tikilib və sərnişinlərin daşınması qismən oradan həyata keçirilir. "Avtovağzal tam olaraq hazırdır. Artıq bir hissəsindən sərnişinlərin daşınması üçün istifadə edilir. Lakin bəzi tamamlanma işləri bitdikdən sonra fevral ayından etibarən avtovağzal tam istifadəyə veriləcək. Bir daha qeyd edirik ki, sərnişin daşımaları həmin avtovağzalda həyata keçirilməlidir. Avtovağzaldan kənar həyata keçirilən bütün daşımalar qeyri-qanunidir". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni Baş Plana əsasən Bakıda nələr dəyişəcək?
İranda həbsdə saxlanılan Fərid azadlığa buraxıldı
Günorta və axşam yeməyi arasında ideal interval nə qədər olmalıdır?

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü