Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8578
az

Azərbaycanda görünməmiş VƏHŞİLİK: Divarın arasında qalan inəyi döyə-döyə öldürdü +VİDEO

12:1005 Yanvar, 2019
1130
CƏMİYYƏT
  • A
 Lənkəran rayonunda tükürpədici hadisə baş verib.

Oxu24.com  Musavat.com-a istinadən xəbər verir ki, rayonun Separadi kənd sakini Məmmədov Raqib İmamverdi oğlu həmkəndlisinin inəyini amansızlıqla öldürüb.İnəyi öldürülən kənd sakini isə Elnur Əzimovdur.Belə ki, Elnur Əzimova məxsus bir neçə iribuynuzlu heyvan Raqib Məmmədovun ticarət obyektinin və yanındakı yarımtikilinin ərazisindən keçib. Bu zaman Raqib Məmmədov heyvanları daşla vurub. Daha sonra isə heyvanlar iki tikili arasından keçərək qaçmaq istəyiblər.Bu zaman isə Raqib Məmmədov maşınından küt alət götürərək heyvanları vurmağa davam edib.Görüntülərdən də aydın olur ki, heyvanların hər biri küt alətlə vurulduqdan sonra qaçmağa başlayırlar. Lakin həmin heyvanlardan biri iki tikili arasından sıxılıb qalır. Bu zaman Raqib Məmmədov inəyin baş nahiyəsində çoxsaylı zərbələr endirərək onu öldürüb.

Daxili İşlər Nazirliyi də inəyin vəhşicəsinə öldürülməsi hadisəsi münasibət bildirilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis leytenantı Məhəmməd Rzayev bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.M.Rzayev qeyd edilib ki, yaxın zamanda məsələyə hüquqi qiymət veriləcək.

"Sözügedən hadisə ilə bağlı heyvanın sahibi Elvin Əzimov 03.01.2108-ci il tarixində Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edib. Həmin mütaciət əsasında Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”- deyə açıqlamada qeyd edilir.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ