Qaynar xətt:

(+99450) 247 90 86

İntensiv yağış yağacaq, güclü külək əsəcək - Xəbərdarlıq

2019-01/1546529342_yagiz.jpg

CƏMİYYƏT

807

03.01.2019, 19:29

\"\" Növbəti iki gündə Azərbaycanda küləkli hava şəraiti müşahidə olunacaq.
  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnterAz-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 3-ü axşam arabir yağış yağacağı gözlənilir.   Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Yanvarın 4-ü günün ikinci yarısından 5-i səhərədək cənub-qərb küləyinin arabir güclənəcəyi, yanvarın 5-də axşam isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.   Azərbaycanın rayonlarında yanvarın 4-ü gündüz, 5-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.