Qaynar xətt:

(+99450) 247 90 86

Ürəyi dayanan əsgərimizin ailəsi ilə bağlı ACI XƏBƏR: Hər iki valideyni əlildir

2019-01/1546518892_1546514125_snimok_81546512163.jpg

CƏMİYYƏT

1062

03.01.2019, 16:34

\"\" Xəbər verdiyimiz kimi, Azərbaycan ordusunun əsgəri Saleh Füzuli oğlu Dəmirov ürəktutmasından dünyasını dəyişib.
Saleh Dəmirovun qardaşı Valeh Dəmirov BiG.AZ-a açıqlamasında qardaşının heç bir xəstəliyinin olmadığını bildirib: \"Hələlik qardaşımın ölüm səbəbi bilinmir. Hadisə dünən axşam baş verib. Ancaq bizə bu gün səhər saat 7-də məlumat verilib. Qardaşımın səhhətində heç bir problem olmayıb. Ölümündən bir gün öncə onunla danışmışam. Heç bir əsgərlə problemi olmayıb. Hər kəs onun xətrini çox istəyirdi. Xasiyyətcə çox sakit idi. Nə siqaret çəkirdi, nə də spirtli içki qəbul edirdi. Təsəvvür edə bilməzsiniz hazırda nə vəziyyətdəyik. Biz evdə 3 qardaş idik. Ağsu rayonunun özündə qalırıq. Valideynlərimiz işləmir. Hər ikisi 2-ci qrup əlildir”.