Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
850
az

Sevmədiyin birinə niyə toxunursan?..

21:0919 Aprel, 2018
1172
CƏMİYYƏT
  • A
 Nərmin Dadaşova

Bir neçə ay əvvəl Xoşqədəm Hidayətqızı doğum günündə Doğuş bəyin ona verdyi hədiyyənin video görüntüsünü yaymışdı. Deməli, böyük bir qutu gəldi, Xoşqədəm xanım qutunu açdı, içindən biri də çıxdı, açdı, biri də çıxdı, açdı, biri də çıxdı və nəhayət o müdhiş hədiyyəyə əli çatdı. Doğuş bəy həyat yoldaşı olan səbəbkara  nə hədiyyə etsə yaxşıdır? Xarı bülbül!

“Şuşanın simvolu olan Xarı Bülbülü çılğın aşiq hardan tapmışdı, nə qədər axtarmışdı görən? Sevgisini belə içdən ifadə etmək üçün çoxmu əziyyət çəkmişdi Doğuş? Görəsən mənim həyat yoldaşım da mənim üçün belə fədakarlıq edərdimi, Kürdəmirdən bir ovuc şoran torpaq gətirərdimi doğum günümə”? sualları ilə beynimi məşğul etdiyim vaxtlardan birində Xarıbülbülün səsi Cəlilabad torpağından gəldi. Bu işlərdə tayı-bərabəri olmayan Xəzər tv, kilometrlərcə yol qət edib cənub bölgəmizdəki bu gözəl çiçəyi lentə almaqla ürəyimə bir az su səpdi.

Dünəndən isə mətbuatdan torpağı Xarı bülbül yetişdirən Cəlilabadın yetişdirə  bilmədiyi bir vətəndaşının, daha dəhşətlisi ibtidai sinif müəlliminin səsi gəlir. Deməli, məktəbdə xadimə işləyən rayonun Muğam kənd sakini olan bir qadın həmin məktəbin ibtidai sinif müəllimi tərəfindən zor tətbiq edilməklə seksual xarakterli zorakılıq hərəkətlərinə məruz qalıb və bu az deyilmiş kimi, müəllim tükürpədən iyrəncliyini telefonla lentə alaraq tirajlayıb.

Hə, Sezen gözəl oxuyur, deyir: “Hayat bize hiç nazik davranmadı”.

Nazım da yaxşı  yazır, yazır: “Dünya adaletsiz, çoçuk, Dünya  zorba!”.

Dünya ona görə ədalətsizdir ki, qadını zorlayan, utanmalı olduğu hərəkətini aləmlə bir edən bir insan indiyə qədər neçə-neçə körpə fidana əlifba öyrədirmiş. Ədəb-ərkan, tərbiyə, əxlaq dərsi keçirmiş. Kim bilir, bəlkə də keçmirmiş...

Sonra da deyirik ucqar rayonlarda təhsil yoxdur. Sonra da deyirik qızlar oxumur. Sonra da deyirik qadınlar işləmir, sonra da deyirik gender, filan, bəsməkan... Belə cəmiyyətdə, qadına “Yeriyən cinsiyyət orqanı” kimi baxan bu əxlaqsızların içində hansı təhsili axtarırsan, əzizmən? Niyə buraxsın İsfəndiyar qızını məktəbə? Niyə göndərsin Əliməmməd arvadını işləməyə?  Hormonları ilə bacara bilməyən, keyfiyyətsiz biri tutsun zorlasın deyəmi? Əyninə şalvar ala bilməyən filankəsin oğlu götürüb qaçırtsın deyəmi?  Nədir bu seksual aclığın səbəbi? Ay adam, “sevgi” deyilən hiss var bəşəriyyətdə. Sevmədiyin, sevilmədiyin birinə niyə toxunursan? Hansı həzzi verir sənə bu yaxınlıq?  

Sizə bir söz deyim, dostlar, nə vaxta qədər ki, zorakılığa məruz qalmış qadın el qınağından qorxub səssiz qalacaq yəni, zorlayan yox, zorlanan utanacaq biz bu bəladan qurtula bilməyəcəyik. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni il axşamı zəlzələ olacaq
Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU
"Bəlkə Zelenskini Marsa göndərək?"

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu