Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8489
az

Cinsi istəyi artıran, əhvalı yaxşılaşdıran adi məhsul

23:2302 Yanvar, 2019
858
CƏMİYYƏT
  • A
Dünyada milyonlarla insan cinsi meyli artırmaq üçün farmasevtik preparatlardan istifadə edir.

Lakin bəzi qida məhsulları var ki, onlar da bu işin öhdəsindən uğurla gəlir.

Statistika göstərir ki, dünyada qadınların 50% libidonun (cinsi meyl, cinsi istək) xroniki olaraq azalmasından əziyyət çəkir. Kişilər arasında bu daha az rast gəlinən problem olsa da, müasir həyatın ritmi, xroniki stress kişilərdə də libidonun azalmasına səbəb olur.

Belə vəziyyətdə dərhal dərman preparatlarına üz tutmayın, qidalanmanızda və həyatınızda müəyyən dəişikliklər etməyə çalışın.

Belə ki, mütəxəssislər libidonun azalması ilə üzləşmiş insana kifayət qədər yatmağı, idmanla məşğul olmağı, təbii qidalara üstünlük verməyi tövsiyə edirlər.

Tünd şokolad beyində dofaminin ifrazını stimullaşdırır. Neyromediator dofamin əhvalı yaxşılaşdırır, stress hormonların səviyyəsini azaldır.  

Oxu24.com saglamolun.az-a istinadən bildirir ki, ABŞ-da aparılmış bir araşdırmanın nəticələrinə görə hər gün 40 qr tünd şokolad yeyən insanın orqanizmində stress hormonu olan kortizolun səviyyəsi azalır.

Həmçinin tünd şokolad orqanizmdə serotonin hormonunun ifrazını artırır. Serotonin əhvalı yaxşılaşdıran və cinsi meyli artıran maddədir.

Şokoladın müntəzəm olaraq qəbulu arterial təzyiqi normallaşdırmağa yardım edir. Bir çox hallarda məhz hipertoniya ereksiya pozulmalarının əsas səbəblərindən biridir.

Mütəxəssislər hər gün 30-40 qr tünd şokoladı yeməyi tövsiyə edirlər. Bu həm libidoun artmasına, həm də stressin azalmasına,  ürək-damar sistemi xəstəliklərinin profilaktikasına kömək edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni Baş Plana əsasən Bakıda nələr dəyişəcək?
İranda həbsdə saxlanılan Fərid azadlığa buraxıldı
Günorta və axşam yeməyi arasında ideal interval nə qədər olmalıdır?

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü