Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8426
az

HELL içməyin, gələcək nəsillərə yazığınız gəlsin – Almaniyada işləyən azərbaycanlı həkim

17:4030 Dekabr, 2018
772
CƏMİYYƏT
  • A
 Almaniyada çalışan gənc azərbaycanlı həkim Rəşad Müseyibzadə Azərbaycanda uşaqdan böyüyə çoxluğun energetik içkilərə aludəçiliyi probleminə toxunaraq bu içkilərin sağlamlığa zərəri barədə bir daha məlumat paylaşıb.

O qeyd edib:

“Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein var, bu isə insanı bir müddət gümrah və diqqətini daha yaxşı toplamasına kömək edir. Bu, sadəcə müsbət tərəfidir. Mənfi tərəfləri isə həddən artıqdır. İlk öncə, enerji içkiləri hamilə qadınlara, uşaqlara və yetkinlik yaşına çatmayan (16-18 yaş) gənclərə məsləhət görülmür. Hətta bir neçə ölkədə uşaqlara və yetkinlik yaşına çatmayan gənclərə enerji içkilərinin satışı qadağandır. Almaniyada da müxalif partiyalardan biri bu qanunu təklif edib.

Enerji içkilərinin zərərli tərəfləri: yuxu pozğunluğu, əsəb sistemi pozğunluğu, baş ağrısı, mədə-bağırsaq sisteminin xəstəlikləri, xoralar. Bu içkilərin asılılıq yaratması da mənfi tərəflərindən biridir. Əvvəlcə bunu hiss etmək olmur, amma bir müddət sonra fərqində olmadan gün ərzində 3-4 enerjisi içkisi içdiyinizi görəcəksiz. Enerji içkilərinin bir zərərli tərəfi də orqanizmdə suyun normadan artıq itirilməsinə səbəb olmasıdır. Susuzluq zamanı istifadə olunan enerji içkisi həm orqanizmə su tələbini azaldır, həm də əlavə suyun itirilməsinə səbəb olur. İnsan isə gün ərzində 2-3 litr su qəbul etməlidir.

Enerji içkilərinin spirtlə birlikdə istifadəsi də məsləhət görülmür. Xüsusilə idmanla məşğul olan şəxslər, idmandan sonra enerji içkilərindən uzaq dursalar, yaxşı olar. Çünki bu içkilərin istifadəsi ürəyin ritm pozğunluğuna, böyrək çatışmazlığına, infarkta səbəb olur. Sözsüz ki, heç kimin içdiyinə və yediyinə qarışmaq niyətimiz yoxdur. Amma gələcək nəsilləri qorumaq lazımdır. Xüsusilə Bakıda onsuz da yaşıllıq yoxdur, ürək xəstəliklərinin sayı artıb, bir də özünüzə bu içkilərlə ziyan vurmayın”.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Suriyanın yeni xarici işlər naziri o oldu
Kirəcləşmiş kranı təmizləməyin ən asan və təbii üsulları
Məşhur musiqiçidən üzücü xəbər: Həyat yoldaşı ilə eyni xəstəliyə tutuldu -FOTO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ