Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8418
az

2019-cu il hansı bürclər üçün dəhşətli olacaq? - Məşhur astroloqdan Donuz ilinin proqnozu

10:5830 Dekabr, 2018
703
CƏMİYYƏT
  • A
Qarşıdan gələn Donuz ili hər kəs üçün karyera uğurları vəd edir.
Oxu24.com publika.az-a istinadən xəbər verir ki, 2019-ci il karyera qurmaq üçün çox uğurlu dövr olacaq. Bu barədə rusiyalı astroloq Kseniya Antonova məlumat verib. Onun sözlərinə görə, bu deyilənlər tam istisnasız olaraq bütün zodiak işarələrinə aidir, çünki ilin simvolu zəhmətsevər heyvandır, odur ki, müvafiq olaraq bu sahədə kömək etməyə çox şaddır.

Astroloq hesab edir ki, gələn ilin 100% uğurlu alınması üçün simvolu sevindirmək lazımdır. Ən sadə üsullardan biri - dekabrın 31-dən yanvarın 1-nə keçən gecə düzgün bayram geyimi seçməkdir.

Qoç

Qoçlar üçün Donuz ili macəralarla zəngin olacaq. Yeni il gecəsi Qoç bürcləri özlərinə uzun və sarı rəngli paltarlar rəva görə bilər.

Buğa

Buğaları çoxdandır ki vəzifə yüksəlişini gözləyir. Bayram axşamı qırmızı və məxmər geyimlər Buğa bürcnünün nümayəndələrinə uğur gətirəcək.

Əkizlər

Əkizlər öz məhəbbətini tapa biləcək. Seçimləriniz arasında təmtəraqlı və həcmli geyimlər üstünlük təşkil etməlidir.

Xərçəng

Xərçənglər ilin mühüm dönüşünə hazır olmalıdır. Onların həyatı tamamilə dəyişəcək. Bu bürclərə bayramı qəhvəyi məxmər bir geyimdə qarşılamaq tövsiyə edilir.

Şir

Donuz Şirlərə onların çoxdankı arzuları həyata keçirməyə kömək edəcək. Şirlər 31 dekabrda ipək paltarlarla fərqlənə bilər.

Qız

Qız bürcünün nümayəndələri üçün bu il həm karyera, həm də şəxsi həyat baxımından uğurlu olacaq. Onların bir qismi ərə gedəcək, ya da evlənəcək. Çəhrayı tonlar sizə həm çox yaraşacaq, həm də gələn ilin əyləncəli keçməsinə kömək edəcək.

Tərəzi

Tərəzi bürcləri də öz həyatını dəyişmək istəyəcək və buna yaradıcılıqdan başlayacaqlar. Bayram axşamı üçün ipək və xəz geyimləri birləşdirib ziddiyyətli obraz yarada bilərsiniz.

Əqrəb

Ulduzlar Əqrəb bürclərinə özlərini mümkün qədər daha çox ifadə etməyi məsləhət görür. Donuz karnaval obrazlarını sevməsə də, bu gecə Əqrəblərin seçilməsinə icazə verilir. Bu bürcün nümayəndələrinə parlaq qırmızı rəng və ona müvafiq aksessuarlar şans gətirəcək.

Oxatan

Oxtanlara gələn il çox işləmək lazım gələcək, lakin bu, çox böyük nəticələr verəcək. Sizə də digər bürclər kimi zərif geyim və bəzək əşyaları seçmək tövsiyə olunur.

Oğlaq

Oğlaq bürclərini maddi sabitlik gözləyir. Təbii rənglərdə seçilmiş şifon parça bayramın daha yaddaqalan qalmasına təsir edəcək.

Dolça

Dolçalar hər kəsin gözündə yüksələ və öz layiqli yerini qazana biləcək. Bu bürclərə də bayram gecəsi parlaq detallardan istifadəyə icazə verilir.

Balıq

Bu bürcün nümayəndələri böyük çətinliklərlə üzləşəcək. Amma ilin hamisi bu vəziyyətdə onların əzmini yüksək qiymətləndirəcək, nəticədə il uğurlu olacaq. Balıqlar isə zərif tərəflərini vurğulamalıdır.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günün ULDUZ FALI -Subayları romantik görüş gözləyir
Bu bürc böyük uğur qazana biləcək - yüksək gəlir əldə edəcəklər
2024-ün ən şanslı 3 bürcü açıqlandı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ