Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8409
az

Qocalmaya qarşı effektiv vasitə tapıldı

19:0529 Dekabr, 2018
741
CƏMİYYƏT
  • A
Portuqaliyalı alimlər ilk dəfə olaraq Alzheymer xəstəliyi zamanı sinir hüceyrələrinin ölümünün əslində orqanizmin artmaqda olan xətalı neyronlara reaksiyası olduğunu sübuta yetirib. Bu mexanizm beynin qocalmaya qarşı mübarizə aparmasına imkan verərək, onun normal funksionallıq müddətini uzadır.

Oxu24.com oxu.az-a istinadən bildirir ki, bu haqda press-reliz "EurekAlert!" saytında dərc olunub.

Tədqiqatçılar Alzheymer xəstəliyinin modeli olan genetik modifikasiya olunmuş milçəklər üzərində təcrübə aparıb. Onların beynində neyrodegenerativ xəstəliklərin inkişafında vacib rol oynayan beta-amiloid zülallar ərsəyə gəlir.

İnsan beynində beta-amiloidlər hüceyrələri məhv edən piləklər formalaşır. Sınaq milçəklərində də demensiya əlamətlərinə bənzər simptomlar o cümlədən uzunmüddətli yaddaş itkisi, hərəkətin koordinasiyası problemləri, sinir toxumalarının sürətlə qocalması izlənilib.

Tədqiqatçılar neyronların kortəbii şəkildə öldüyünü yoxsa onların ölümünün daha güclü (daha sağlam) hüceyrələrlə rəqabətdə uduzaraq məhv olduğunu yoxlayıb. Sonuncuda "hüceyrə keyfiyyətinə nəzarət" baş verir ki, bu da daha davamlı neyronların sağ qalmasına şərait yaradır. "Pis" hüceyrələrin kənarlaşdırılması orqanizmin təbii özünüyeniləmə vasitəsidir və qocalma prosesini ləngidir. Belə hüceyrələrin ölümü demensiyanın inkişafına əngəl yarada bilər.

Milçəklərdə "pis" sinir hüceyrələrinin ölümünün qarşısını aldıqdan sonra alimlər həşəratlarda Alzheymer xəstəliyi simptomlarının sürətlə inkişaf etdiyini və milçəklərin erkən ölümlə üzləşdiyini müşahidə edib. Əksinə "keyfiyyətə nəzarət" mexanizminin sürətləndirilməsi beynin koqnitiv funksiyalarının (o cümlədən yaddaş və öyrənmə qabiliyyəti) bərpasına yol açıb.

Tədqiqatçılar əmin edir ki, bu tapıntının nəticələri neyrodegenerativ xəstəliklərin yeni müalicə metodlarını yaratmağa imkan verəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni Baş Plana əsasən Bakıda nələr dəyişəcək?
İranda həbsdə saxlanılan Fərid azadlığa buraxıldı
Günorta və axşam yeməyi arasında ideal interval nə qədər olmalıdır?

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü