Həyatınız boyu gözlədiyiniz ən böyük günə sadəcə bir həftə qalıb. Toyunuzun möhtəşəm keçməsini arzuladığınız kimi, insanlar da eyni şeyləri sizdən gözləyir. Demək ki, qarşında uzunluğu 2 metr olan uzun bir siyahı səni gözləyir.. Mükəmməl gəlinlik, ovsunlayıcı rəqs şousu, xəyallarınızdakı məkan və həyatınıza anlam qatan o insan.. Ən önəmli hekayənizi qüsursuz hala gətirməniz üçün hər kəs sizə məsləhətlər verir və edilməli işlərinizi yada salır. Lakin hər eşitdiyin tövsiyyəni həmən siyahıya qeydə almazdan öncə bir qədər düşün.
Beləliklə, mükəmməl xəyal etdiyiniz günün mükəmməl də keçməsi üçün ediməsi məsləhət görülməyənlərin siyahısını açıqlayaq.
Saçınızı kəsməyi və ya başqa rəngə boyamağı unudun
Oxu24.com gencaile.az-a istinadən bildirir ki, New Yorkda "Paul Labrecque Salon and Spa"-nın stilisti və sahibi Paul Labrek məsləhət görür ki, saç ustanız yaxşıların yaxşısı olsa belə, toy həftəsindəheç vaxt rəngləmədiyiniz rəngə saç boyamayın. Rəngin açılarkən saçınıza necə təsir edəcəyini və alınan tonun dəri rənginizlə necə uyğunlaşacağını öncədən bilmək mümkün deyil.
Görünüşünüzü təhlükəyə atmadan öncə saç rənginizdə yenilik istəsəniz saç ustanızla məsləhətləşərək daha az riskli və sadə olan kölgələr edə bilərisiniz. Bu görüntünüzə olduqca parlaqlıq verəcək. Lakin daha təhlükəli və uğursuz rənglərə boyasanız, onların yenidən bərpası saçlarınıza zərər verəcək və cansız görünmələrinə səbəb olacaq.
Toy hazırlıqları, gəlinlik məşqləri və s. toydan bir neçə ay öncədən başlayır. Mütəxəssislər bu müddət ərzində saç stilinizi qorumağı məsləhət görür. Saçınızı kəsməklə onun yalnız tərzini və teksturasını dəyişmiş olmayacaqsınız, həmçinin bu kəsim sizin gəlinliyinizin yaxası, duvağınız və ya zinət əşyalarınızla uyumsuz ola bilər.
Böyük günə yaxınlaşdıqca stress və emosionallıq bir o qədər artır. Nə qədər ki, təmkinlisiniz, saçla bağlı qərarınız həll etməyə çalışın.
Ekspress arıqlama metodlarından uzaq durun
Artıq kilonuz var və seçdiyiniz gəlinlikdə istədiyiniz formada görünmürsünüz. Bu mövzuda çox əvvəldən çalışmalara başlamanız münasibdir. Toydan 1 həftə öncə 5-10 kq atdıracaq sağlam pəhriz hələ kəşf edilməyib. Kilo vermək üçün pəhriz cədvəlinizi ən az 6 aydan öncə planlamış olmalısınız. Toya 1 həftə qalmış yazılacağınız idman zallarında edəcəyiniz həddən artıq ağır idman növləri hər hansı orqanınızın incitmənizə və gün ərzində yaşadığınız hərəkətli ritm ilə bərabər bədəninizin bir növ yorulub çökməsinə səbəb olacaq.
Bronzerlər - nəticəsi bilinməyən qərar
Yenə bir son dəqiqə qərarı verərək, dəri rənginin bəmbəyaz olduğunu düşündüyünüz üçün solariyum və ya bronzlaşdırıcı kremləri yoxlamağı dənəməyin. Həfif qaralmaq uğrunda dərinizə çəkdiyiniz bronzlaşdırıcı spreylərin bir çoxu əks-təsiri ilə üzləşə bilərsiniz. Onların faydadan çox zərərlərinin olması isə elmi sübut olunmuşdur.
Kofeindən istifadə məsləhət görülmür
Toy hazırlıqları ərəfəsində keçən uzun gecələrdə özünüzü kofeinə təslim etməniz yuxunuzu qaçırmağa kömək edir. Lakin bu zaman bədəninizdə yığılan hədsiz kofein miqdarı sağlıq problemlərinə yol açır. Həzm sisteminizdəki problemlərlə yanaşı dərinizdə də gözlənməyən ləkə və nöqtələrin üzə çıxması da baş verə biləcək hallardandır. Bu ərəfədə qəhvə ilə yanaşı çay, kola və alkoqola diqqət etməniz məsləhətdir.
Əhval ruhiyyə məsələsinə diqqət edin
Stress və gərgin əhval-ruhiyyə insana ən çox təsir edən nüanslardır. Hətta, bu iki detal bir çox xəstəliklərin təməlində durur. Toy ərəfəsində mümkün qədər rahat olmaq və sakitliyi qorumaq lazımdır. Sirr deyil ki, həssaslıq şkalasının tam sonunda duran bu önəmli gün ərəfəsində emosionallıq həddi artır. Stressin ilk əlamətləri isə əksər xanımlarda çəki artımı və dəri xəstəliləri ilə müşahidə olunur. Bunu kim istəyər?
Mütləq normal yatmalısınız
Gün ərzində ayıq və enerjili olmaq üçün gecə müzakirələrində ayaqda qala bilmək uğruna yuxunuzu axsatmayın. Bu sizdə gündüzlər gərəksiz stress və əsəbilik yarada bilər. Bunun doğura biləcəyi nəticələri isə artıq yuxarıda sadaladıq. Nizamlı yatmaq sağlam qidalanma və idman qədər önəmli prosesdir. Oxu24.com
ŞƏRHLƏR