Qaynar xətt:

(+99450) 247 90 86

Bazar gününün hava proqnozu açıqlanıb Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz olacaq

2018-11/1542461520_361397_522267_700x390.jpg

CƏMİYYƏT

653

17.11.2018, 17:31

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnterAz-a verilən məlumata görə, noyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-10°, gündüz 14-16° isti, Bakıda gecə 8-10°, gündüz 14-16° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80% olacaq.   Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti , gündüz 3-7° isti təşkil edəcək.