Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
702
az

Zaqatalada 200-ə qədər həyət su altında qaldı, sel avtomobili apardı

21:3716 Aprel, 2018
1297
CƏMİYYƏT
  • A
 Güclü yağış Zaqatala rayonunda ev və həyətyanı sahələrə ziyan vurub.

Bu barədə Oxu24.com-a açıqlamasında Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Şəfizadə məlumat verib.

Qurum rəsmisi bildirib ki, güclü yağış nəticəsində Zaqatalanın Mazıx kəndinin ərazisindən axan Dəliçay və Tala kəndi ərazisindəki Talaçay çayları məcrasından çıxıb: "Nəticədə qısa müddətli sel yaranıb və kəndlərdə əsasən təsərrüfatlara ziyan dəyib. Mazıx kəndində 200-dən artıq evin həyətyanı sahəsini su basıb, 15-ə yaxın ikimərtəbəli evin birinci mərtəbəsinə su dolub, təsərrüfata ziyan dəyib. Hadisə zamanı Dəliçayın üzərindən keçən Mazıx kənd sakininə məxsus "VAZ 2106” markalı maşını sel körpüdən çaya aşırıb, xəsarət alan olmayıb".

İ.Şəfizadə bildirib ki, rayonun daha bir neçə kəndində - Böyük Tala, Mamrux, Höytala, Yolayrıc, Maqov və digər kəndlərdə təsərrüfata ziyan dəysə də, xəsarət alan olmayıb: "Kəndlərə elektrik enerjisi və qazın verilməsi dayandırılmışdı. Artıq həmin ərazilərə qaz və elektrik enerjisinin verilişi bərpa olunub, evlər sudan təmizlənib".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Hizbullah"ın silah anbarları məhv edildi
Bakıda müəllim faciəli şəkildə həlak oldu - Foto
Ürəkdə sancı, iynə, bıçaq batırma hissi– Səbəblər, müalicə

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu