Şəhid hərbi qulluqçuların vərəsələrinin ilk partiyasına birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Femida.az -a bildirib ki, sənədləri qaydasında olan 114 şəhid hərbi qulluqçunun 146 vərəsəsinin bank hesabına bu gün vəsaitlər ödənilib.
“Gün ərzində və ya günün sonunda artıq onlar vəsaitləri bank hesablarından alacaqlar. Növbəti partiyanın da artıq sənədlərinin araşdırılmasına başlanılacaq və ilin sonuna qədər onların ödəmələri aparılacaq. Ümumilikdə isə, notariat konurlarından bizə 400-ə qədər sənəd daxil olub. Onlar araşdırılır və çatışmayan sənədlər olduqda yenidən sistemə vurulur”. Oxu24.com
ŞƏRHLƏR