Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6955
az

Xərçəngdən qoruyan, qanı, hafizəni artıran MÖCÜZƏVİ MEYVƏ

19:0811 Noyabr, 2018
967
CƏMİYYƏT
  • A
Tərkibindəki C, K və B vitaminləri, dəmir, maqnezium, fosfor, potasium və saymaqla bitməyən digər elementlərlə nar bir çox xəstəliyə faydalıdır.

Ürək dostudur

Nar ürəyə qan axınını təmin edir, tıxanmış arteriyaları açır. Damar tutulmasını əngəlləyir. Qara narın suyu damar tıxanmasında müalicə üsulu kimi istifadə edilir.

Ürək sağlamlığınız üçün gündə bir stəkan təzə sıxılmış nar suyu için. Və ya gündə 1-2 stəkan nar yeyin.

Təzyiqi tənzimləyir

Yüksək təzyiq problemi olan insanlara çox faydalıdır. Tərkibindəki antioksidanlar, C vitamini və polifenollarla qan dövranını tənzimləyir, arteriyaları açır.

Gündə 1 stəkan təzə sıxılmış nar suyu içə bilər, ya da meyvə salatları hazırlaya bilərsiniz.

Sümük ağrıları və oynaq iltihabını yüngülləşdirir

Özəlliklə yaşlı qadınlarda görülən oynaq ağrıları revmatizm, osteoartt kimi xəstəliklərə yaxşı təsir edir. Antiiltihab və antioksidan xüsusiyyəti ilə oynaqlara zərər verərək ağrılara səbəb olan fermentləri əngəlləyir.

Gündə bir stəkan nar suyu için. Əgər dərman qəbul edirsinizsə, həkimlə məsləhətləşin. Hər hansı bir bitki yağı ilə nar suyunu qarışdırıb oynaqlarınıza iki dəfə masaj edin.

Anemiya simptomları ilə mübarizə aparır

Dəmir çatışmazlığından yaranan anemiyası olan insanlara çox faydalıdır. Narda olan dəmir qırmızı qan hüceyrəsinin sayını artırır. Bu da qandakı hemoqlabini artıraraq  sağlam qan dövranını təmin edir.

Narda bol olan C vitamini də dəmirin əmilməsini asanlaşdırır. Anemiya simptomları yaşayırsınızsa, səhər yeməyində 1 stəkan nar suyu için.

Xərçəngin qarşısının alınmasına və müalicəsinə yardım edir

Xərçəngə qarşı bədəni qoruyur. Özəlliklə prostat, döş, ağciyər və dəri xərçəngi hüceyrələri ilə mübarizə aparır. Xərçəng riskiniz varsa, gündəlik qidalanmanıza mütləq nar əlavə edin.
Hafizəni gücləndirir
Sadəcə hafizəni gücləndirmir, həm də orta yaşlı və böyük şəxslərdə beyin funksiyalarını yaxşılaşdıraraq Alzheimer (unutqanlıq) xəstəliyinin qarşısını alır.
Dərinin sağlam görünməsini təmin edir

Yaşlanmaya qarşı təsirli olan nar dərinin yumşaq, qüsursuz və daha gənc görünməsinə kömək edir. Tərkibindəki C vitamini kollagen ifrazına yardım edir, bu da dəri sallanması və qırış kimi problemlərin qarşısını alır.

Eyni zamanda dərini qidalandıraraq yenilənməsinə, yaxşılaşmasına yardımçı olur. Hər gün dərinizi nar çəyirdəyi yağı ilə masaj edin. Həm də narı meyvə olaraq yeyin, ya da suyunu müntəzəm qəbul edin.

Ağız sağlamlığına faydalıdır

Antiərp və antibakterial özəlliyi ilə ağız sağlamlığına faydalıdır. Diş ərpinə qarşı da qoruyaraq çürük, diş əti problemlərinin qarşısını alır. Ağzınızı təzə nar suyu ilə çalxalayaraq, ağız təmizliyinə nail ola bilərsiniz.

Şəkəri nəzarətdə saxlayır

Şəkər və metabolik xəstəliklərə faydalıdır. İnsulin davamlılığını artırır, şəkər ziddiyyətlərini azaldır.

Hamilə qalma şansını artırır

Hamilə qalmaq istəyən qadınlar üçün olduqca yararlıdır. Uşaqlığa qan axınını artırır. Uşaqlıq divarını gücləndirərək düşmə riskini azaldır. C və K vitamini, fol turşusu kimi tərkibində olan elementlər ciftin sağlam inkişafına kömək edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ