Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6906
az

Şirniyyatlardan imtina edən insanın orqanizmində 7 heyranedici dəyişiklik

00:2110 Noyabr, 2018
975
CƏMİYYƏT
  • A
Şirniyyatların və şəkərin çoxlu miqdarda istehlakı sağlamlıq üçün çox ziyanlıdır.

Oxu24.com saglamolun.az-a istinadən bildirir ki, bu səbəbdən mütəxəssislər şirniyyatların qəbulunu minimuma çatdırmağı tövsiyə edirlər. Bu zaman daha faydalı şirniyyatlara üstünlük vermək lazımdır: tünd şokolad, bal, meyvə quruları, halva, təbii zefir və marmelad. Lakin bu şirniyyatların da az miqdarda yemək olar.

Şirniyyatlardan imtina edən insanın orqanizmində bir çox müsbət dəyişikliklər baş verir.

1. Araşdırmalar göstərir ki, şəkər immun sisteminin zəiflədir. Bu səbəbdən şirniyyatlardan imtina etməklə siz immun sisteminizin fəaliyyətini yaxşılaşdıra bilərsiniz.

2. Məhz şəkər və şirniyyatların çoxlu miqdarda qəbulu artıq çəki və piylənmənin əsas səbəbidir. Beləliklə, çəkinizi normaya salmaq istəyirsinizsə, ilk növbədə tərkibində şəkər olan məhsullardan imtina edin.  

3. Şəkərın çoxlu miqdarda istehlakı beyinin fəaliyyətini pozur, diqqəti azaldır, tədris prosesinə mənfi təsir edir.

Şəkərin qəbulunu azaltmaqla siz elm və tədrisdə daha böyük nailiyyətlər qazana bilərsiniz.

4. Şəkərdən sui-istifadə hüceyrələrin insulinə olan rezistentliyini (həssaslığını) azaldır ki, bu da gələcəkdə şəkərli diabetin inkişafına şərait yaradır.

Beləliklə, şəkərdən imtina etməklə diabetin riskini azaltmaq mümkündür.

5. Şəkərin çoxlu miqdarda istehlakı dərinin vəziyyətinə çox mənfi təsir edir, dərinin qocalmasını sürətləndirir.

Şəkərdən imtina etdikdən bir müddət sonra dərinin vəziyyətinin yaxşılaşmasını hiss edəcəksiniz.

6. Şəkərin həddindən artıq istehlakı xərçəngin və ürək-damar sistemi xəstəliklərinin riskini artırır.  

Şəkər orqanizmdə iltihabın səviyyəsini artırır. Bu bütün orqanlara və o cümlədən damarlara aiddir.

İltihablaşmış damarlarda xolesterin yığılmağa başlayır ki, damarlar daralır, kövrək olur, tez partlayır. Bu isə öz növbəsində ürək xəstəlikləri, insult və infarktın riskini xeyli artırır.

Müasir elmdə xərçəngin əsas səbəblərindən biri xroniki iltihab sayılır. Şəkərin həddindən artıq istehlakı  orqanizmdə iltihabın yaranmasına təkan verir.

Beləliklə, şəkərin istehlakından imtina etməklə orqanizmdə iltihabın səviyyəsini və bununla da xərçəng və ürək-damar sistemi xəstəliklərinin riskini azaltmaq mümkündür.

7. Şirniyyatlardan sui-istifadə əsəbiliyə, yuxu pozulmalarına səbəb olur.

Şəkərdən imtina etməklə bu problemləri də həll edə bilərsiniz. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ