Noyabrın 1-nə olan HAVA AÇIQLANDI
31 Oktyabr 2026, 12:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
812
14.04.2022, 09:48
Bu gündən Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların və siqaretlərin aksiz dərəcələri artırılıb, qəlyan üçün aksiz müəyyənləşdirilib.
Oxu24.com xəbər verir ki, Bu, Nazirlər Kabinetinin 14 mart tarixli qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.
Qərar dərc edildiyi gündən 30 gün sonra, yəni bu gün - aprelin 14-də qüvvəyə minir.
Qərara əsasən, denaturasiya olunmamış etil spirti üçün (80 həcm faiz və ya çox spirt qatılığı ilə, həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirti) aksiz dərəcəsi 1 litr üçün 5,2 manatdan 6 manata qaldırılıb.
Aksiz dərəcəsi üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün 1 litr üçün 7,2 manatdan 8 manata, viski üçün 1 litr üçün 11,2 manatdan 12 manata qaldırılıb.
Bu gündən həmçinin aksiz dərəcəsi tərkibində tütün olan siqaretlərin və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədədi üçün 43,0 manatdan 46,5 manata qaldırılıb.
Aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədəd üçün 12,9 manatdan 14 manata qaldırılıb.
Qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin aksiz dərəcəsi isə 1 kq üçün 30 manat olacaq.
Qəlyan və onların əvəzedicilərinin 1 ədəd üçün isə aksiz dərəcəsi 0,25 manat müəyyənləşdirilib.
Eyni zamanda “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edilib. 2024-cü il 31 dekabr tarixinədək qüvvədə olacaq bu qərara əsasən, idxal edilən qəlyan üçün tütün əvəzləyicilərinin 1 kiloqramına 1 ABŞ dolları gömrük rüsumu müəyyən edilib. Eyni zamanda idxal edilən birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri hər ədədinə 15 % gömrük rüsumu tətbiq ediləcək.(metbuat.az)
13:00 / 31 Oktyabr 2026
1
12:52 / 31 Oktyabr 2026
58
12:42 / 31 Oktyabr 2026
153
12:28 / 31 Oktyabr 2026
57
12:23 / 31 Oktyabr 2026
431
12:10 / 31 Oktyabr 2026
60
11:42 / 31 Oktyabr 2026
78
11:40 / 31 Oktyabr 2026
144
11:36 / 31 Oktyabr 2026
298
11:34 / 31 Oktyabr 2026
71
11:15 / 31 Oktyabr 2026
1009
11:12 / 31 Oktyabr 2026
78
11:10 / 31 Oktyabr 2026
164
10:25 / 31 Oktyabr 2026
92
10:24 / 31 Oktyabr 2026
79
09:22 / 31 Oktyabr 2026
92
04:25 / 31 Oktyabr 2026
380
00:59 / 31 Oktyabr 2026
145
00:50 / 31 Oktyabr 2026
670
00:24 / 31 Oktyabr 2026
154
00:18 / 31 Oktyabr 2026
317
00:07 / 31 Oktyabr 2026
152
00:03 / 31 Oktyabr 2026
915
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.