Milli Məclisdə pensiyalarla BAĞLI QƏRAR
03 Noyabr 2026, 12:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1922
05.03.2022, 19:56
Sabahdan Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılır.
Bu barədə Oxu24.com-a "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən məlumat verilib.
"Vəziyyət həmçinin tətbiq edilən sanksiyalarla bağlı beynəlxalq aviasiya sığortası və təkrarsığorta bazarında son dəyişikliklərlə əlaqəlidir. Bu dəyişikliklər Azərbaycanın milli aviadaşıyıcısının fəaliyyətinə də təsir göstərmişdir.
Mövcud şəraitdə AZAL və sığorta şirkətləri yaranmış vəziyyəti ətraflı təhlil etməli, bütün mənfi və müsbət təsirləri qiymətləndirməli, öz siyasətlərində bütün mümkün dəyişiklikləri araşdırmalıdırlar. Uçuşların təhlükəsizliyi AZAL aviaşirkətinin siyasətinin mühüm meyarlarından biridir. Beynəlxalq uçuşlar yerinə yetirilərkən tam sığorta imkanının olmaması ölkələrimizin vətəndaşları, aviaşirkətlər və digər hüquqi şəxslər üçün əsassız risklər yaradır.
Yuxarıda qeyd olunanlarla əlaqədar “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətləri 6 mart tarixi saat 08:00-dan etibarən Rusiya Federasiyasının şəhərlərinə bütün reysləri dayandırır. Bütün sərnişinlərdən aviaşirkətlərin sosial şəbəkələrdəki rəsmi səhifələrində və kütləvi informasiya vasitələrində aviaşirkətin reysləri haqqında son məlumatları izləməyi xahiş edirik.
Ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişmək və ya cərimə tətbiq edilmədən biletlərin dəyərini geri almaq hüququna malikdirlər", - deyə açıqlamada vurğulanıb.
Rus Ordusu niyə irəliləyə bilmir? - ŞOK SİRLƏR AÇILDI
12:43 / 03 Noyabr 2026
1
12:38 / 03 Noyabr 2026
31
12:30 / 03 Noyabr 2026
185
12:24 / 03 Noyabr 2026
39
12:20 / 03 Noyabr 2026
50
12:17 / 03 Noyabr 2026
200
12:06 / 03 Noyabr 2026
50
12:01 / 03 Noyabr 2026
91
11:59 / 03 Noyabr 2026
55
11:57 / 03 Noyabr 2026
64
11:46 / 03 Noyabr 2026
74
11:44 / 03 Noyabr 2026
59
11:40 / 03 Noyabr 2026
55
11:35 / 03 Noyabr 2026
79
11:33 / 03 Noyabr 2026
70
11:30 / 03 Noyabr 2026
589
11:22 / 03 Noyabr 2026
69
11:11 / 03 Noyabr 2026
71
11:10 / 03 Noyabr 2026
83
11:01 / 03 Noyabr 2026
423
10:51 / 03 Noyabr 2026
86
10:44 / 03 Noyabr 2026
210
10:39 / 03 Noyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.