Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
662
az

Zibil içində...

23:2815 Aprel, 2018
1699
CƏMİYYƏT
  • A
 Nərmin Dadaşova

Səhər tezdən yuxudan durursan, Oşo demişkən, güzgünün qarşısına keçib özünlə danışmağa başlayırsan. Deyirsən, məsələn, bu gün sənin üçün hər şey daha yaxşı olacaq. Saçlarının dünənkindən daha həcmli, dişlərinin daha bəyaz olduğunu düşünürsən. Elə bil bir balaca da çəkin azalıb dünəndən bəri. Bu çəhrayı köynəyin heç vaxt olmadığı qədər gözəl yaraşır əyninə.

Dünən gecə bir gözəl kitab oxumusan, Somerest Moemdən, məsələn. Sevimli psixatrın səni dünyanın yaşamaq üçün çox gözəl bir yer olduğuna inandırıb. Kiməsə canı-könüldən belə inanmağın verdiyi rahatlığın içində günə başlayırsan... Müdhişamizdir! Nazim Hikmət düşür yadına, onun o möhtəşəm misrasındakı kimi bütün işin-gücün yaşamaq olur. Dünyaya sülh, insanlara rifah diləyirsən... və gözəl-gözəl gülümsəyirsən güzgüdəki əksinə. Bəsinizdir bu qədər təsəlli, keçək reallığa...

Deməli o məlum güzgünün qarşısından ayağını bir addım kənara qoyursan. Elgiz Əkbər demiş, geyinib-keçinib çıxırsan “qaranlıqdan aydınlığa”. Küçəyə yəni. Bayaqkı güzgü müsibətinin təsirindən ayılmamış bir peraşkili selofan torba gəlib yapışır sifətinə. Oşonu da, Moemi də, Nazimi da...

Ay adam, niyə bir “qısmat” çörəyini yeyəndən sonra o selofan torbanı addım başı qoyulmuş zibilqabına yox, yerə atırsan? Bilirsən niyə? Çünki sən o selofana pul vermirsən, mağazalarda, marketlərdə onu sənə havayı verirlər. Çox uzağa getmirəm, yaşayardın Ukraynada, satardılar hər alış-verişdə o paketləri sənə, görüm atardınmı yerə? Vicdan məsələsinə çevirərdin selofanların yerə düşməsini. Göz deşərdin, qan tökərdin uğrunda. Çünki sən, gözəlim məmləkətimin tullantı qabı sevməyən insanı, sən pul vermədiyin hər şeyə qarşı çox acımasızsan.

Mənim yaşadığım binada, 18 mərtəbəli göydələndə hava qaraldımı, yuxarıdan üzü aşağı zibillə dolu paketlər intihar edirlər bir-birini ardınca. Bir insan, bir adam balası, bir fərd, iki ayağı, iki gözü, ürəyi nə bilim ağzı, burnu olan bir nəfər zibillə dolu paketləri yuxarıdan-aşağı necə tullaya bilər. Bunu edərkən necə də utanmaz özündən, anlamıram. Az olmayıb ki, külək içi tozsovuran toz-torpağı, qalıq yemək, pampers dolu paketləri eyvanımıza qonaq edib. “Xalxın” divarlarında #şiirsokakda həştəqi ilə “herkese selam sana hasret” yazılır, bizim divarlarda “özünü tanıyan bura zibil atmasın”, “zibil atanın ölüsünə lənət”, “ay....bura  zibil atma” - xalq yaradıcılığı ədəbiyyatı tüğyan edir.

Hə, onu deyirdim axı, siz pul vermədiyiniz, əmək vermədiyiniz heç nəyə qiymət vermirsiz. Tapdalayıb keçirsiz parkdakı çiçəkləri. Əlinizə keçən, gözünüzə görünən hər yerə  A+K=S ədəbiyyatı həkk edirsiz. Dənizkənarı parkdakı o məşum kaktusun üstündə sevgi elan etmək - bu nə fantaziyadır axı, çılğın aşiq?

Mən hər kəsin etdiyi hər şeyin bədəlini ödəyəcəyinə inananlardanam, oxucu dost. Pis ya yaxşı, fərq etməz.

Qulağınıza xeyir xəbər, Astan Şahverdiyev də dünyasını dəyişib bu səhər. Tanıdız yəqin kimi deyirəm, Rusiyaya işləmək üçün gedən həmvətənlilərimizə “otxod” deyən deputatımızı...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni il axşamı zəlzələ olacaq
Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU
"Bəlkə Zelenskini Marsa göndərək?"

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu