Qaynar xətt:

(+99450) 247 90 86

Ölüm anında son 15 dəqiqədə insan beynində nə baş verir?

Ölüm anında son 15 dəqiqədə insan beynində nə baş verir?

CƏMİYYƏT

623

23.02.2022, 19:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ölüm anında insan orqanizmində baş verən hadisələr elmin ən çox maraqlandığı mövzular sırasındadır.

OXU24.COM xəbər verir ki, alimlər ilk dəfə ölüm ayağında olan insanın beyninin fəaliyyətini qeydə alıblar. Belə ki, elm adamları 87 yaşlı epilepsiya xəstəsinin infarktdan sonra ölüm anında qeydə alınan Elektroensefaloqrafiya (EEQ) sayəsində beyin fəaliyyətini araşdırıblar.

Dünyasını dəyişən şəxsin beyin fəaliyyəti 15 dəqiqə davam edib. Alimlər müəyyən ediblər ki, ölən insanın beyin funksiyaları insan beyni ilə eyni fəaliyyətlə məşğul olur və onlar "yuxuda görən, keçmişi xatırlayan və ya meditasiya edir"miş kimi anlar yaşayırlar.

Araşdırma qrupundan Dr. Ajmal Zemmar, ölümdən əvvəl beynin insan həyatındakı mühüm anları sonuncu dəfə xatırlaya biləcəyinə diqqət çəkib.