Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
04 Noyabr 2026, 22:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
482
15.02.2022, 20:50
Əkrəm Qədirli 2014-cü il təvəllüdlüdür. Fevralın 6-sı 8 yaşı tamam olub. Ailəsi ilə birgə Ağdamın Mahrızlı kəndində yaşayır.
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Əkrəmi digər uşaqlardan fərqləndirən qeyri-adi istedadı var. O dəqiqələrcə yerində fırlanır. Ailənin bildirdiyinə görə, nə başı dönür, nə də başqa diskomfort yaşayır. 2-ci sinif şagirdi olan Əkrəmin bu istedadı təxminən 3 yaşında ikən kəşf olunub. O yaşda uşaq yerində dayanmadan fırlandıqda başı dönər, ya da yıxılar. Əkrəm isə bunu rahat şəkildə fasiləsiz edirmiş. Zamanla ailə uşağın maksimum necə dəqiqə fırlana biləcəyini hesablamağa çalışıb. Nəticə budur ki, Əkrəm ən azı 9 dəqiqə dayanmadan fırlana bilir.
Ailənin Əkrəmlə bağlı ümidləri böyükdür. Əkrəmin adının "Ginnesin Rekordlar Kitabı"na salınmasını istəyirlər. Hətta gələcəkdə bu istedadın kosmonavt olmaq üçün yetərli olacağını düşünürlər. Buna görə də ailənin təmənnası budur ki, dövlət Əkrəmi xüsusi istedadlı uşaq kimi diqqətdə saxlasın.
Qeyd edək ki, bu günə kimi bir neçə uşaq xüsusi istedadına görə fərqləndiyinə görə "Ginnesin Rekordlar Kitabı"na düşə bilib.
Rumıniyalı Culiano Stroe 5 yaşında ayağına 15 kiloqramlıq gimnastika topunu bağlayaraq 10 metrlik məsafəni qət edib. Omsk sakini Anna Belış 13 yaşında trosla 2,5 ton ağırlığında 2 avtomobil dartıb. Britaniyalı Oskar Riqli 9 aylığından nəinki danışmaq, hətta böyük olmayan söz birləşmələri söyləməyə başlayıb. Hindistanlı Karan Sinqx dünyanın ən hündür uşağı kimi 170 santimetr boyla rekordlar kitabına daxil olunub..
Ümid edək ki, azərbaycanlı Əkrəm Qədirli də bu siyahıya düşə biləcək.
22:51 / 04 Noyabr 2026
11
22:38 / 04 Noyabr 2026
46
22:34 / 04 Noyabr 2026
60
22:26 / 04 Noyabr 2026
64
22:22 / 04 Noyabr 2026
67
22:16 / 04 Noyabr 2026
1173
22:14 / 04 Noyabr 2026
85
22:03 / 04 Noyabr 2026
77
21:58 / 04 Noyabr 2026
104
21:46 / 04 Noyabr 2026
76
21:39 / 04 Noyabr 2026
142
21:32 / 04 Noyabr 2026
70
21:28 / 04 Noyabr 2026
87
21:26 / 04 Noyabr 2026
209
21:13 / 04 Noyabr 2026
222
21:04 / 04 Noyabr 2026
99
21:03 / 04 Noyabr 2026
137
21:00 / 04 Noyabr 2026
118
20:58 / 04 Noyabr 2026
85
20:54 / 04 Noyabr 2026
48
20:51 / 04 Noyabr 2026
89
20:47 / 04 Noyabr 2026
96
20:44 / 04 Noyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.