Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Azərbaycanda nazir olmuş şəxs vəfat etdi

SON DƏQİQƏ! Azərbaycanda nazir olmuş şəxs vəfat etdi

CƏMİYYƏT

2237

14.01.2022, 09:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın keçmiş material ehtiyatları naziri və sabiq deputat Fərrux Zeynalov vəfat edib.

Oxu24.com  xəbər verir ki, o, uzunsürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Fərrux Məmmədnəbi oğlu Zeynalov 1942-ci il mayın 4-də Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsində anadan olub.

O, 1992-1997-ci illərdə material ehtiyatları naziri işləyib. 1999-2005-ci illərdə "Güvən" şirkətinin baş direktoru vəzifələrində çalışıb.

XVII və XVIII çağırış Bakı Şəhər Xalq Deputatları Sovetinin, XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.

3 övladı var.