Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO
06 Noyabr 2026, 18:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
547
08.01.2022, 23:20
Əhli Sünnəyə görə, Münkər və Nəkir, ölən adama Rəbbini, dinini və peyğəmbərini soruşarlar. Mömin adam bu suallara cavab verər, amma kafir verə bilməz. Bu xüsusdakı hədislər bir çoxdur. Söz mövzusu iki mələk ölünün qəbirinə gəlir, Allah ölünü dirildər və mələklər suallarını yönəldərlər (Pəzdəvi, "Əhli Sünnə Əqaidi" Çev., Şerafettin Gölcük, İstanbul 1980, 237).
Əbu Hüreyrədən; Hz. Peyğəmbər (s.ə.s.) belə buyurduğu rəvayət edilmişdir:
"Ölü dəfn edildiyində, ona göy gözlü qapqara iki mələk gəlir. Bunlardan birinə Münkər digərinə də Nəkir deyilir. Ölüyə: "Bu adam (Rəsulullah) haqqında nə deyirsən?" deyə soruşarlar. O da həyatda ikən söyləməkdə olduğu; "O, Allahın qulu və Rəsuludur. Allahdan başqa Allah olmadığına, Məhəmməd (s.ə.s.)in Onun qulu və elçisi olduğuna şahidlik edərəm"sözlərini söyləyər. Mələklər; "Biz də bunu söylədiyini bilirdik onsuz da " deyərlər. Sonra qəbiri yetmiş vurma yetmiş' qədər genişlədilər və işıqlandırılar. Sonra ona "Yat!" deyilir. "Ailəmə dönüb onlara xəbər versəm?" deyə soruşar. Onlar da; "Qohumlarından ən çox sevdiyi kimsədən başqası özünü oyandırmayan, yatması kimi yat!" deyərlər. Beləcə, yatdığı yerdən, Cənabı Allah onu təkrar dirildənə qədər yatar.
Əgər münafiq isə, "İnsanların söylədiklərini eşidib eynisini söyləyərdim, bilmirəm" deyər. Mələklər də, "Belə söylədiyini onsuz da bilirdik" deyərlər. Sonra ərzə: "Onu sıxışdır" deyilir. Ərz onu sıxışdırar da qabırğa sümükləri bir-birinə keçər. Allah onu yatdığı bu yerdən təkrar dirildənə qədər özünə əzab edilər." (Tirmizi, Cenaiz, 70)
"Allah, iman edənləri dünyada da axirətdə də dəyişməyən möhkəm söz üzərində sabit edər. Zalımları isə azdırar. Allah dilədiyini edər" (İbrahim, 14/27) ayəsində keçən axirət həyatından məqsəd qəbir; "sabit sözdən məqsəd də "Kəlmeyi-şəhadətdir deyilmişdir. İbn Macə, Sünenində belə deməkdədir:
"Allah, iman edənləri sabit bir söz ilə mətanətli edər" ayəsi, qəbir əzabı (sorğusu) haqqında endi. Ölüyə qəbirdə; "Sənin Rəbbin kim?" deyə soruşular. O da; "Rəbbim Allahdır, Peyğəmbərim Məhəmməd (s.ə.s)dır" deyə cavab verər. Mömin ölünün belə cavabı; "Allah iman edənləri sabit söz ilə dünya həyatında və axirətdə mətanətli edər" tərcüməsindəki ayənin ifadəsidir (İbn Macə, Zühd, 32; Ayrıca bx. Buxari, Təfsir, Surə, 14).
Bu hədis, kütübü sittenin hamısında rəvayət edilmişdir. Bəzi rəvayətlərdə qəbirdə ölüyə soruşulan suallar; "Rəbbin kimdir, dinin nədir, peyğəmbərin kimdir?" deyə üçə çıxarılmışdır.
18:43 / 06 Noyabr 2026
33
18:33 / 06 Noyabr 2026
56
18:27 / 06 Noyabr 2026
375
18:24 / 06 Noyabr 2026
64
18:13 / 06 Noyabr 2026
75
17:55 / 06 Noyabr 2026
81
17:46 / 06 Noyabr 2026
87
17:42 / 06 Noyabr 2026
228
17:29 / 06 Noyabr 2026
110
17:24 / 06 Noyabr 2026
645
17:13 / 06 Noyabr 2026
107
16:54 / 06 Noyabr 2026
119
16:44 / 06 Noyabr 2026
109
16:36 / 06 Noyabr 2026
126
16:22 / 06 Noyabr 2026
125
16:17 / 06 Noyabr 2026
131
16:02 / 06 Noyabr 2026
131
15:54 / 06 Noyabr 2026
142
15:50 / 06 Noyabr 2026
162
15:43 / 06 Noyabr 2026
186
15:32 / 06 Noyabr 2026
150
15:21 / 06 Noyabr 2026
168
15:14 / 06 Noyabr 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.