Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63349
az

Pensiyalarla bağlı ŞAD XƏBƏR: Yenidən bu tarixdə artacaq

07:5203 Yanvar, 2022
2611
CƏMİYYƏT
  • A

Ötən il üzrə nominal orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq pensiyalar indeksasiya ediləcək. İndeksasiya rəsmi elan olunan faizə uyğun pensiya məbləğinin artırılması anlamına gəlir.

Millət vəkili Vüqar Bayramov qeyd edib ki, indeksasiya nəticəsində artımlar cari ilin yanvar ayının 1-dən hesablanır. O bununla bağlı qərarın ən geci fevralda veriləcəyini də vurğulayıb. 

Oxu24.com  bildirir ki, millət vəkili əmək pensiyalarının 2021-ci ildə 11,4 faiz artırıldığını xatırladıb: "Əmək pensiyaları əvvəlki ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə, pensiya kapitalı isə əvvəlki ilin inflyasiya səviyyəsinə indeksləşdirilir. Qeyd edim ki, son dövrlərədək əmək pensiyaları baza, sığorta və yığım hissəsindən ibarət idi. Pensiya sistemindəki dəyişikliklər nəticəsində əmək pensiyaları üçün baza hissəsi ləvg olundu. Buna görə də, pensiya məbləği tam olaraq indeksləşdirilir.

Rəsmi göstərici elan olunduqdan sonra isə əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalanır və artımlar ilin əvvəlindən hesablanır. İndeksasiya pensiyaçıların 95%-ə qədərinə (1 milyon 100 min şəxs) şamil olunacaq”.

V.Bayramov söylədi ki, indeksləşdirmə, yəni artımlar bütün növ əmək pensiyalarına şamil olunur: ""Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, növündən asılı olmayaraq əmək pensiyası alan hər bir pensiyaçının pensiya məbləğinə artım hesablanacaq. 

Amma onu da bildirim ki, indeksləşdirmə əmək pensiyalarına edilən əlavələrə şamil edilmir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bədən üçün xəzinədir: Mütəxəssislərin israrla tövsiyə etdiyi dünyanın ən sağlam qidası
Ən dəqiq namaz vaxtları
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Ağır qəza yenə can aldı