Qaynar xətt:

(+99450) 247 90 86

“Rektorun qəbuluna düşə bilmirdim” - BDU-da müşaviri bıçaqlayan fəhlə

“Rektorun qəbuluna düşə bilmirdim” - BDU-da müşaviri bıçaqlayan fəhlə

CƏMİYYƏT

372

23.12.2021, 18:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Dövlət Universitetinin (BDU) rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyevi və komendant Şahlar Bəgalıyevi bıçaqlayan İsmixan Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Oxu24.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə İ.Mirzəyev ifadə verərək özünü təqsirli bildiyini deyib.

O bildirib ki, 11 il BDU-da sexdə işləyib: "Universitetdə rəhbərlik dəyişəndən sonra maaşımı 600 manatdan 400 manata saldılar. Etiraz edəndə mənə dedilər ki, səni başqa işə keçirəcəklər, maaşın bərpa olunacaq. Bir müddət keçdi, lakin heç bir dəyişiklik olmadı. Keçmiş rektorun dövründən işləyənlərdən yalnız mənim maaşımın azalmışdı. Yeni rektor məni üzdən tanıyırdı, amma onun qəbuluna düşə bilmədim. Rektorun müşaviri Mirzə müəllim isə dedi ki, xəbər edəcəyik. Hadisə günü öyrəndim ki, məni işdən çıxarıblar. Dəliyə döndüm, rektor yenə məni qəbul etmədi. Mirzə müəllimin yanına gedəndə mənə məsələni araşdıracağını dedi. Sexdən öz bıçağımı və sənədlərimi götürüb evə gedirdim. Sonuncu dəfə Mirzə müəllimlə görüşmək üçün yanına getdim. Bir anlıq özümü itirib bıçağı sənədlərin arasından çıxarıb onu vurdum. Həmin vaxt otağa Şahlar girdi. Özümdə deyildim, onu da bıçaqla vurdum, əməlimdən peşmanam".

Rektorun müşaviri Mirzə Mirzəyev ifadəsində bildirib ki, iki ilə yaxındır universitetdə işləyir: "İsmixanı üzdən tanıyırdım, bir dəfə mənə yaxınlaşıb maliyyə problemləri olduğunu dedi. Bildirdi ki, keçmiş rəhbərliklə bağlı məhkəməyə müraciət edəcək. Mən də bunu rektora məruzə edəcəyimi dedim. Sonra yenidən yanıma gəlib maaşının azaldıldığını dedi.

Araşdırdım ki, rəhbərlik dəyişən ərəfədə onu başqa ştata keçiriblər və maaşı azaldılıb. Bununla bağlı razılıq ərizəsi də yazıb. Oğlu ilə yaxşı münasibətim var, bizdə təminat şöbəsində çalışırdı. Bir müddət sonra dedi ki, fəhlə işləmək istəmir. Dedi ki, fəhlə kimi qalsa öz avadanlıqlarını götürüb gedəcək. Hadisə günü yanıma gəldi, əlində sənədlər var idi. Dedi ki, aşağıdan deyiblər işdən çıxmalısan. Mənə yaxınlaşdı və durduq yerə bıçaqla vurdu. Heç gözləmirdim, sonra Şahlar içəri girdi, onu da vurdu. İndiyə qədər təəccüblü gəlir ki, məni niyə bıçaqladı. Ondan şikayətim yoxdur".

Digər zərərçəkən Ş.Bəgalıyev də şikayətçi olmadığını deyib.

Qeyd edək ki, hadisə bu ilin iyulunda baş verib. BDU-nun əsas korpusunda universitetin təsərrüfat şöbəsində fəhlə işləyən İsmixan Mirzəyev rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirib.

İ.Mirzəyev Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək barəsində həbs-qətimkan tədbiri seçilib.

Bloqer Bikəxanım Məmmədli 8 Noyabr  Zəfər Günü münasibətilə təbrik paylaşımı edib

14:54 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib

131

0
“Qarabağ Azərbaycandır və nida” bəyanatının nida işarəsi Xankəndidə qoyuldu - RƏY 

14:49 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

“Qarabağ Azərbaycandır və nida” bəyanatının nida işarəsi Xankəndidə qoyuldu - RƏY 

133

0
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi keçirilir - CANLI 

14:44 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi keçirilir - CANLI 

271

0
İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

14:31 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

136

0
 Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib  - BELƏ QARŞILANDI

13:45 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

 Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib  - BELƏ QARŞILANDI

326

0
Ərdoğanın Azərbaycan səfərinin YENİ DETALLARI

13:35 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ərdoğanın Azərbaycan səfərinin YENİ DETALLARI

782

0
Polkovnik-leytenant: Müharibə dövründə Prezidentin Xalqa müraciətlərini ayrıca qiymətləndirmək lazımdır

13:21 / 08 Noyabr 2026

HƏRBİ HƏRBİ

Polkovnik-leytenant: Müharibə dövründə Prezidentin Xalqa müraciətlərini ayrıca qiymətləndirmək lazımdır

165

0
Səfərbərlik Xidmətinin şəxsi heyəti Zəfər Tağı abidəsini ziyarət edib 

13:16 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Səfərbərlik Xidmətinin şəxsi heyəti Zəfər Tağı abidəsini ziyarət edib 

163

0
Prezident İlham Əliyev Pakistanın Azərbaycana dəyişməz dəstəyini yüksək qiymətləndirib 

13:06 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev Pakistanın Azərbaycana dəyişməz dəstəyini yüksək qiymətləndirib 

156

0
Zakir Həsənovun şəkil çəkdirdiyi əkizlər kimdir? 

12:47 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Zakir Həsənovun şəkil çəkdirdiyi əkizlər kimdir? 

1015

1
Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! 

12:46 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! 

143

1
Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

12:39 / 08 Noyabr 2026

HƏRBİ HƏRBİ

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

139

0