44 günün içərisində 8 NOYABR TARİXİ — TƏHLİL
08 Noyabr 2026, 18:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
407
18.12.2021, 17:29
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov oğlu Emin Məmmədyarova qarşı vergi məhkəməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
E.Məmmədyarov qaynarinfo-ya açıqlamasında bildirib ki, Nyu York Mellon Bankının (THE BANK OF NEW YORK MELLON) iddiası əsasında Nyu York əyalət məhkəməsi (New York County Courts) artıq işə bir il əvvəl baxıb və bu məsələ bağlanıb:
"2020-ci ilin oktyabr ayında bank bu iddianı qaldırmışdı. Elə ötən il məhkəmə oldu və vergi borcunu ödədikdən sonra söhbət bağlandı. İndi kiməsə lazımdır ki, bu söhbəti yenidən tirajlayır. Yəqin kiməsə lazımdır ki, Elmar Məmmədyarov yaddan çıxmasın, ölkədə hörmətdən düşsün. Qəsdən yazdırırlar. Bu da yaxşıdır. Elmar Məmmədyarovun nüfuzu o qədər yüksəkdir ki, o adamlar sakit durmurlar. Ona görə də yazdırırlar".
E.Məmmədyarov övladına Nyu Yorkda Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda alınmış mənzilin qiymətinin 4,5 milyon olmadığını da bildirib:
"Bu məbləğ kifayət qədər şişirdilib. Mənim övladlarım ABŞ-da yaşayır, orada böyük şirkətlərdə çalışır və kifayət qədər böyük maaş alırlar".
Qeyd edək ki, KİV-də yayılan məlumata görə Nyu York Mellon Bankının (THE BANK OF NEW YORK MELLON) iddiası əsasında Nyu York əyalət məhkəməsi (New York County Courts) keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun oğlu Emin Məmmədyarova qarşı vergi davası açıb. Vergi davasına sabiq nazirin oğlunun adına aldığı 4.5 milyonluq mənzillərlə bağlı məlumatlar ictimailəşəndən sonra - 2020-ci ilin oktyabrında start verilib. Məlumata görə, iddia Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda alınmış mənzillərlə bağlıdır.
18:55 / 08 Noyabr 2026
17
18:39 / 08 Noyabr 2026
138
18:35 / 08 Noyabr 2026
106
18:30 / 08 Noyabr 2026
149
18:28 / 08 Noyabr 2026
113
18:22 / 08 Noyabr 2026
102
18:13 / 08 Noyabr 2026
131
18:11 / 08 Noyabr 2026
78
18:09 / 08 Noyabr 2026
95
18:02 / 08 Noyabr 2026
161
17:43 / 08 Noyabr 2026
119
17:41 / 08 Noyabr 2026
110
17:27 / 08 Noyabr 2026
233
17:23 / 08 Noyabr 2026
147
17:20 / 08 Noyabr 2026
1509
17:18 / 08 Noyabr 2026
94
17:14 / 08 Noyabr 2026
116
16:34 / 08 Noyabr 2026
2941
16:25 / 08 Noyabr 2026
101
16:12 / 08 Noyabr 2026
210
16:06 / 08 Noyabr 2026
233
15:17 / 08 Noyabr 2026
180
15:13 / 08 Noyabr 2026
1053
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.