Azərbaycanda tikinti sahəsində YENİLİK
09 Noyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
562
05.12.2021, 22:55
Məktəb yaşına qədər uşaqların fiziki və zehni inkişafının əsas vasitəsi oyundur.
Əsas məsələ uşaqla nə qədər oyun oynadığınız deyil, necə və hansı oyunları oynadığınızdır.
Yəni əsas olan kəmiyyət deyil, keyfiyyətdir. Özünüzü övladınızla oynamağa məcbur etməyin. O, canınızın sıxıldığını bilir və hiss edir. Oyun zamanı sizin özünüzə də maraqlı olan məşğuliyyətləri seçməyə çalışın.
Birlikdə olan oyunlardan əlavə, uşaq özü də sərbəst şəkildə başını qatmalı və oynamalıdır. "Özüm edirəm", "özüm kəşf edirəm" bir müddət sonra "özüm düşünürəm"-ə keçir. Siz uşağın əvəzinə onun fikir istiqamətini qurub, təyin edə bilməyəcəyinizə görə, yalnız "biz birlikdə" deyil, eyni zamanda "mən özüm" də olmalıdır.
Gələcəkdə anadan daimi asılılığın olmaması, "görəsən nə ilə məşğul olum, nə edim?" kimi sualların qarşısında aciz qalmaması üçün əvvəlcədən uşağı öz məşğuliyyətlərində (tək buraxmaq yox!) azad buraxmaq lazımdır. Mühüm olan uşağın özünün sərbəst oynaması üçün müəyyən vaxtdan sonra ehtiyatla oyundan uzaqlaşmağı bacarmaqdır.
Bundan əlavə, uşağın gördüyü işlərlə əlaqədar valideynin tez-tez "biz" deməsi məqsədəuyğun deyil: "Biz bağçaya getdik", "biz 2-ci sinifə keçdik", "biz bu il məktəbə getməyə hazırlaşırıq", "biz ali məktəbə daxil olduq" və s. Burada vacib olan əsas məsələ uşağın harada "ana ilə", harada "mən özüm" olduğunu ayırd edə bilməsidir.
11:43 / 09 Noyabr 2026
14
11:37 / 09 Noyabr 2026
72
11:34 / 09 Noyabr 2026
41
11:30 / 09 Noyabr 2026
47
11:22 / 09 Noyabr 2026
61
11:09 / 09 Noyabr 2026
136
11:05 / 09 Noyabr 2026
85
10:55 / 09 Noyabr 2026
127
10:51 / 09 Noyabr 2026
209
10:44 / 09 Noyabr 2026
129
10:38 / 09 Noyabr 2026
177
10:30 / 09 Noyabr 2026
107
10:27 / 09 Noyabr 2026
92
10:10 / 09 Noyabr 2026
159
10:09 / 09 Noyabr 2026
179
10:00 / 09 Noyabr 2026
206
09:36 / 09 Noyabr 2026
1212
09:26 / 09 Noyabr 2026
102
09:19 / 09 Noyabr 2026
139
08:46 / 09 Noyabr 2026
111
08:42 / 09 Noyabr 2026
833
08:25 / 09 Noyabr 2026
142
04:25 / 09 Noyabr 2026
792
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.