Güclü qar yağdı: Yollar bağlandı
09 Noyabr 2026, 14:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
628
27.11.2021, 22:21
Ərik qurusu çox faydalı müalicəvi məhsuldur.
Qış aylarında insan orqanizmi vitamin və mineralların çatışmazlığından əziyyət çəkir. Bu halda vitamin və xüsusilə minerallarla zəngin olan ərik qurusu bizə çox yaxşı kömək edə bilər. Onun tərkibində orqanizm üçün ən vacib A, C, B qrupu vitaminləri, bir çox faydalı minerallar (kalium, kalsium, maqnezium, fosfor, dəmir, mis, kobalt və s.), pektinlər, orqanik turşular, qidalı liflər, fruktoza, qlükoza var.
Ərik qurusu ürək üçün xüsusilə faydalıdır. Onun tərkibində ürəyin normal fəaliyyətini təmin edən 2 əsas mineral - kalium və maqnezium - var. Kardioloqlar pasiyentlərinə hər gün 4-5 ərik qurusu yeməyi tövsiyə edirlər.
Ərik qurusu qanın tərkibinə də çox müsbət təsir edir. Bu səbəbdən anemiyadan (qanazlığı) əziyyət çəkən insanlar hər gün ərik qurusu yeməlidir.
Ərik qurusu bağırsaqların normal fəaliyyəti üçün çox faydalıdır. Qəbizlikdən əziyyət çəkirsinizsə, özünüzə belə müalicəvi dəmləmə hazırlayın. Axşamdan 4-5 ərik qurusunu termosda 1 stəkan qaynar suda dəmləyin. Səhər acqarına bu suyu ilıq halda için və meyvələri yeyin. 1 saatdan sonra səhər yeməyinizi yeyə bilərsiniz.
Bu müalicəvi resepti sağlam, qəbizlikdən əziyyət çəkməyən insanlar da istifadə edə bilərlər. Bu sadə üsulla siz orqanizminizi toksinlərdən, şlaklardan, ağır metalların duzlarından təmizləyə bilərsiniz, orqanizmdə "pis" xolesterinin səviyyəsini aşağı sala bilərsiniz. Belə müalicəni 1 ay ərzində davam etmək olar.
Sidikqovucu preparatları qəbul edən insanlar mütləq ərik qurusu yeməlidir. Əksər sidikqovucu preparatlar orqanizmdən kaliumu yuyub aparır. Bu isə ilk növbədə ürəyin sağlamlığına mənfi təsir edir.
Ərik qurusu hamilə qadınlar üçün çox faydalıdır.
Soyuqdəymə zamanı ərik qurusu dəmləməsi çox yaxşı müalicəvi və ümumimöhkəmləndirici təsir edir.
Ərik qurusu seçərkən daha tutqun, narıncı-boz rəngdə olan meyvələrə üstünlük verin. Çox parlaq narıncı rəngdə olan ərik qurusunu almayın, bu meyvələrin kimyəvi vasitələrlə işlənməsindən xəbər verir.
14:22 / 09 Noyabr 2026
1
14:17 / 09 Noyabr 2026
25
14:06 / 09 Noyabr 2026
307
14:04 / 09 Noyabr 2026
60
13:44 / 09 Noyabr 2026
448
13:21 / 09 Noyabr 2026
104
13:11 / 09 Noyabr 2026
190
12:57 / 09 Noyabr 2026
1231
12:55 / 09 Noyabr 2026
110
12:40 / 09 Noyabr 2026
206
12:27 / 09 Noyabr 2026
161
12:15 / 09 Noyabr 2026
316
12:03 / 09 Noyabr 2026
1202
11:56 / 09 Noyabr 2026
129
11:56 / 09 Noyabr 2026
194
11:43 / 09 Noyabr 2026
137
11:37 / 09 Noyabr 2026
293
11:34 / 09 Noyabr 2026
126
11:30 / 09 Noyabr 2026
120
11:22 / 09 Noyabr 2026
126
11:09 / 09 Noyabr 2026
556
11:05 / 09 Noyabr 2026
193
10:55 / 09 Noyabr 2026
246
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.