Qaynar xətt:

(+99450) 247 90 86

Salyanda minik avtomobili yoldan çıxıb aşdı, bir nəfər öldü

Salyanda minik avtomobili yoldan çıxıb aşdı, bir nəfər öldü

CƏMİYYƏT

425

24.10.2021, 00:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


Salyanda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“OXU24.COM”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun Stansiya yaşayış massivinin yaxınlığından keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində Gornaboy rayonunun Əlirzalı kənd sakini, 1988-ci il təvəllüdlü Abbasov Elvin Eldar oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.