Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59980
az

DIN əhaliyə müraciət etdi: “Sədərək” və “Binə” ticarət mərkəzləri...

23:3523 Oktyabr, 2021
357
  • A
Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında ciddi artım müşahidə olunur. Artıq iki ilə yaxındır pandemiya şəraitində yaşamağımıza baxmayaraq, bəzi şəxslər hələ də ən sadə təhlükəsizlik və gigiyena tələblərini yerinə yetirmir. Avtobuslarda, müxtəlif qapalı məkanlarda maskasız gəzən və yoluxma riskini daha da artıran xeyli sayda insan var. Belə yerlərdən biri də ölkənin ən böyük ticarət mərkəzləri sayılan "Sədərək" və "Binə" ticarət mərkəzləridir. Əksər hallarda bu ərazilərdə nə satıcıların, nə alıcıların maska taxmadığını, sosial məsafə qaydalarını gözləmdiyinin şahidi oluruq. Məsələ ilə bağlı Redaktor.az-ın suallarını cavablandıran Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hər iki ticarət mərkəzində aidiyyatı dövlət qurumları ilə birgə polis əməkdaşları tərəfindən monitorinq tədbirləri həyata keçirilir: "Təkcə "Binə"və "Sədərək" ticarət mərkəzləri deyil, ümumən bütün sahibkarlıq subyektləri və qapalı məkanlar diqqət mərkəzindədir. Bu istiqamətdə vaxtaşırı müvafiq tədbirlərin keçirilir". Ticarət mərkəzlərində maskasız gəzənlərlə bağlı isə DİN rəsmisi bildirdi ki, monitorinqlər aparılır. "Bütün hallarda nəzarət profilaktik tədbirləri aidiyyatı dövlət qurumları ilə birgə aparılır ", - deyə Elşad Hacıyev bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qarpızı xarab olmamaq üçün belə saxlayın

Uşaqlarda internet asılılığı hansı təhlükəli nəticələrə səbəb olur?
“İqlim dəyişikliyi sərhəd tanımır"

90% kişilərin şəhadət barmağında görünən çapığın sirri -Ajiotajın səbəbi tapıldı

18+

Hadisənin 18+ görüntüləri yayıldı
Çimərliyə raket düşdü - DƏHŞƏTLİ VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş
Gəncədə 45 yaşlı qadın qətlə yetirildi - Yenilənib