Bakıya nə zaman qar yağacaq? – AÇIQLAMA
10 Noyabr 2026, 13:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1826
15.10.2021, 20:25
Nazirlər Kabineti "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edib.
Oxu24.com xəbər verir ki, "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları"na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına aşağıdakı məzmunda 2.5-7-ci və 2.6-1-ci bəndlər əlavə edilsin:
"2.5-7. Hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir:
5-7.1. Argentina Respublikası;
2.5-7.2. Avstraliya İttifaqı;
2.5-7.3. Braziliya Federativ Respublikası;
2.5-7.4. Bruney Darüssalam;
2.5-7.5. Cənubi Koreya Respublikası;
2.5-7.6. Çili Respublikası;
2.5-7.7. Ekvador Respublikası;
2.5-7.8. Kamboca Krallığı;
2.5-7.9. Kosta Rika Respublikası;
2.5-7.10. Kuba Respublikası;
2.5-7.11. Küveyt Dövləti;
2.5-7.12. Qazaxıstan Respublikası;
2.5-7.13. Maldiv Respublikası;
2.5-7.14. Meksika Birləşmiş Ştatları;
2.5-7.15. Mərakeş Krallığı;
2.5-7.16. Monqolustan;
2.5-7.17. Monteneqro;
2.5-7.18. Norveç Krallığı;
2.5-7.19. Oman Sultanlığı;
2.5-7.20. Panama Respublikası;
2.5-7.21. Salvador;
2.5-7.22. Uruqvay Şərq Respublikası;
2.5-7.23. Yeni Zelandiya.
2.6-1. Bu Qərarda nəzərdə tutulan (2.4-cü, 2.5-2-ci, 2.5-6-cı, 2.5-7-ci, 2.5-1.1-ci, 2.5-4-1-ci və 2.5-5.1-ci bəndlər istisna olmaqla) COVID-19 pasportu tələbi müəyyən edilən hallarda COVID-19 infeksiyası əleyhinə peyvəndə əks-göstərişi müəyyən edilmiş şəxslərdən əks-göstəriş sertifikatının olması tələb olunur.".
13:44 / 10 Noyabr 2026
1
13:38 / 10 Noyabr 2026
43
13:26 / 10 Noyabr 2026
146
13:24 / 10 Noyabr 2026
67
13:20 / 10 Noyabr 2026
134
13:05 / 10 Noyabr 2026
101
13:00 / 10 Noyabr 2026
101
12:37 / 10 Noyabr 2026
241
12:31 / 10 Noyabr 2026
97
12:21 / 10 Noyabr 2026
400
12:18 / 10 Noyabr 2026
114
12:04 / 10 Noyabr 2026
116
12:00 / 10 Noyabr 2026
277
11:45 / 10 Noyabr 2026
2060
11:42 / 10 Noyabr 2026
99
11:39 / 10 Noyabr 2026
120
11:28 / 10 Noyabr 2026
118
11:16 / 10 Noyabr 2026
211
11:04 / 10 Noyabr 2026
121
10:45 / 10 Noyabr 2026
135
10:39 / 10 Noyabr 2026
915
10:32 / 10 Noyabr 2026
118
10:28 / 10 Noyabr 2026
179
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.