Əsgərimiz qəfil HƏYATINI İTİRDİ
10 Noyabr 2026, 14:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
576
15.10.2021, 18:41
Şamaxı rayon Polis Şöbəsinin keçmiş rəis müavini Hüseyn Muradxanov dələduzluq ittihamı ilə həbs edilib.
OXU24.COM qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan məhkəmə işində polis polkovniki Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinir. İttihama görə, H. Muradxanov evli olduğu halda özünü subay kimi təqdim edərək həyat yoldaşının razılığı olmadan özünə məxsus olan əmlakı satıb. Belə ki, H.Muradxanovun şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay kimi göstərilib. Buna görə də birgə nikah dövründə alınan daşınmaz əmlakın satışını təkbaşına həyata keçirib. Şəxsiyyət vəsiqəsində subay göstərildiyi üçün notariusda onun evli olub-olmadığı araşdırılmayıb.
2016-cı ildə H.Muradxanov həyat yoldaşı M. Muradxanovadan boşanıb. Sonuncu məhkəməyə müraciət edərək, əmlakın satışından xəbəri olmadığını, buna görə alqı-satqının etibarsız hesab olunmasını istəyib. Məhkəmə iddianı təmin edib və alqı-satqı müqaviləsi etibarsız hesab edilib.
Bundan sonra obyekti alan qadın D. V. polis polkovnikindən şikayətçi olub. O, iddia edib ki, sabiq rəis müavini onu aldadıb 180 min manatını ələ keçirib. Şikayət əsasında H.Muradxanova cinayət işi açılıb.
Sabiq rəis müavini məhkəmədə deyib ki, özünü bilərəkdən subay təqdim etməyib. Sadəcə şəxsiyyət vəsiqəsi tərtib olunanda texniki səhvə yol verilib. Polkovnik bildirib ki, sözügedən əmlak ona atasından qalıb və keçmiş həyat yoldaşına aidiyyəti olmayıb. O, alqı-satqı zamanı həyat yoldaşının razılığı məsələsinə diqqət yetirmədiyini bildirib.
Cinayət işi üzrə məhkəmə istintaqı davam edir.
Qeyd edək ki, Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa, razılığı olmayan tərəf məsələni mübahisələndirə bilər. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat əməliyyatları etməsi üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Tərəflərdən birinin bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd mübahisələndirilə bilər.
14:00 / 10 Noyabr 2026
1
13:44 / 10 Noyabr 2026
60
13:38 / 10 Noyabr 2026
146
13:26 / 10 Noyabr 2026
508
13:24 / 10 Noyabr 2026
86
13:20 / 10 Noyabr 2026
204
13:05 / 10 Noyabr 2026
113
13:00 / 10 Noyabr 2026
106
12:37 / 10 Noyabr 2026
299
12:31 / 10 Noyabr 2026
101
12:21 / 10 Noyabr 2026
440
12:18 / 10 Noyabr 2026
121
12:04 / 10 Noyabr 2026
125
12:00 / 10 Noyabr 2026
291
11:45 / 10 Noyabr 2026
2173
11:42 / 10 Noyabr 2026
103
11:39 / 10 Noyabr 2026
122
11:28 / 10 Noyabr 2026
122
11:16 / 10 Noyabr 2026
214
11:04 / 10 Noyabr 2026
124
10:45 / 10 Noyabr 2026
138
10:39 / 10 Noyabr 2026
930
10:32 / 10 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.