Qaynar xətt:

(+99450) 247 90 86

Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib

Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib

CƏMİYYƏT

1018

11.09.2021, 21:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağsuda avtomobil yol kənarındakı adamı vurub.

OXU24.COM.com "report"a istinadla xəbər verir ki, hadisə bu gün saat 19 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun Muradlı kəndi ərazisində olub.

Belə ki, rayonun Ərəbsarvan kənd sakini, 1992-ci il təvəllüdlü sürücü Elçin Namiq oğlu Bağırov idarə etdiyi “LADA-21010” markalı minik maşını ilə Kürdəmir istiqamətində hərəkətdə olarkən qəflətən qarşısına iribuynuzlu heyvan çıxıb. Sürücü idarəetməni itirib və yolun kənarınada oturaq vəziyyətdə olan Muradlı kənd sakini, 1965-ci il təvəllüdlü Asif Əhməd Oğlu Mənəfovun üstünə çıxıb. A.Mənəfov hadisə yerindəcə dünyasını dəyişib.

Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.